14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günündə "Əli və Nino" mağazalar şəbəkəsinin təsisçisi və direktoru Nigar Köçərli və Qanun Nəşriyyatının qurucusu və direktoru, naşir Şahbaz Xuduoğlu Sabunçu rayon, 170 saylı məktəbə baş çəkərək xüsusi qayğıya ehtiyacı olan məktəbli uşaqlarla görüşdü.
Bu məktəbdə bir neçə sinif məhz xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alması üçün nəzərdə tutulmuşdur.
Görüş zamanı həm uşaqlara, həm də məktəbin kitabxanasına kitablar hədiyyə olundu, onların təhsil və inkişafı üçün atıla biləcək dəstək xarakterli addımlar haqqında müəllimlərlə müzakirələr aparıldı.
Görüşdən fotolar: