14 Fevral Sevgililər Günündə "Əli və Nino" mağazalar şəbəkəsindən gözlənilən aksiyaya!
Sevginin gününə özəl şəbəkəyə məxsus bütün mağazalarda "Yarım üçün yarı qiymət" kampaniyası keçirilir.
14 fevral həmçinin Kitab Bağışlama Günü olduğundan, kampaniya yalnız kitablara şamil edilir. İki kitab seçən alıcılar ikinci kitaba 50% endirim qazanır.

Bununla yanaşı, 2023-cü ilin Sevgililər Gününə özəl olaraq "Əli və Nino" özünün iki mağazasında fərqli bir kampaniya da keçirir. Belə ki, şəbəkənin 28 Mall və Gənclik Mall filiallarında qonaq olan cütlüklərə onların özəl fotoşəkilləri xatirə çərçivəsi ilə birgə hədiyyə olunacaq.