Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

2021-2022 Payız-Qış mövsümündə nələr dəbdədir?

 2021-2022 Payız/Qış mövsümü üçün dəbdə olan geyimlər

Moda - geyim, ayaqqabı, aksessuarlar, saç düzümü, mebel dəsti, makiyaj və hətta gündəlik həyatda istifadə etdiyimiz əşyaların, il ərzində populyarlığını müəyyən edən anlayışdır. Bir sözlə, moda elə həyatın özüdür.Paltarlarda, aksesuarlarda və ayaqqabılarda hər il müxtəlif rəng və modellər məşhurluq qazanır.Həyatın ritmini tutmaq istəyən belə şəxslər, dəb və moda aləmini yaxından izləyir, geyimlərində və yaşamlarında mövcud ahəngi qorumağa çalışır.

Moda demək heç də, bahalı paltar, ayaqqabı və aksessuarlar demək deyil. Burada  diqqət edilən ən mühüm məqam, seçilən bütün detalların bir birinə uyğun gəlməsidir. Yəni paltar, ayaqqabı, saç düzümü, makiyaj çanta və digər aksessuarların bir-biri ilə uyğunluq təşkil etməsi moda mənasına gələ bilir. Geyimlərinizin rəngindən tutmuş, aksesuarlarınızın forma və ölçülərinə qədər hər şey vəhdət təşkil edirsə, deməli siz dəbli görünürsüz

 

Bütün dünyanı təsir altına alan korona virusu moda nümayişlərinə də təsir etsə də, dizaynerlərin bütün bunları qabaqcadan görməsi ehtimalı olmasa da, 2021-2022 Payız/Qış mövsümü üçün hazırladıqları dizaynlar fərqli trend yaradıcılıqlarında öz yerini tutub.Bu mövsümün rəng çalarları da öz zənginliyi ilə digər illərdən seçilir.Bunlara sarı, portağal-ən payız rəng,, ağ, boz, çəhrayı-ən isti rəng, bənövşəyi-mövsümün ən möhtəşəm rəngi, qırmızı-hakim rəng, yaşılın çalarlar, bütün tonları ilə mavi rəng və zerif nude rəng daxildir.Bütün bu sadalananları nəzərə alaraq.Payız/QIŞ 2021 - 2022-in ən yaxşı  moda trendlərindən bir qismini sizin üçün seçmişik.

 

 

Parlaq  rəngli kostyumlar və konbinzonlar

Dostlarınızla parlaq bir kostyumda olduğunuzu düşünün. Bu rəng partlamaları hər kəsin gününü işıqlandırır və qarderobunuzu dərhal təkmilləşdirir. 

Şəkilə tıklayın

     

 

Böyük ölçülü gödəkçələr

80-ci illərin ikonik, köhnəlmiş, rahat və güclü duruşu, böyük ölçülü gödəkçələr stilinizin imzası olacaq! Bədəninizi örtən bu gödəkçələr sayəsində retronun mürəkkəb və müasir toxunuşlarla yeni bir üsluba büründüyü, həm soyuq qış günlərini isti keçirəcək, həm də iddialı üslubunuzla son dərəcə parlaq bir görünüş əldə edəcəksiniz.Rəng seçimi olaraq qəhvəyi,sarı rənglərlə siz ən soyuq qış günlərini belə işıqlandıracaqsınız.

Şəkilə tıklayın

      

 

Sviterlər

90-cı illərdə nənə və babalarımızın köynəklərinin üstünə geyindikləri sviterlər artmaqdadır. Köynək və ya köynəklərlə birləşən bu parçalar yenilikçi toxunuşlarla sizi isitəcək, həmçinin küçə və ofis stilistik üslubunuza uyğun olacaq.

Şəkilə tıklayın

     

 

Çəkmənin içinə yerləşdirilən fermuarlı enli şalvar

Yeni üslubları qarışdırmaq və uyğunlaşdırmaq yeni bir şey kəşf etmək üçün əla bir yoldur və bu son tendensiya da budur. Düz paçalı şalvarınızı çəkmələrin içərisinə soxmaq klassik geyimə gözəl təbəssüm əlavə edir və ansamblınıza incə pank üslubu əlavə edir.

Şəkilə tıklayın

 

 

Krem rəngli düz çəkmələr

Bu qəribə çəkmələrlə qəşəng görünə bilərsiniz. Dizdən bir az aşağıda oturan və hər addımda əzilən bu ayaqqabılar soyuq aylarda çox gözəl görünür. İstər isti krem ​​​​rənginə üstünlük verin, istərsə də tünd ağ rəngə üstünlük verin, istənilən paltarı qəşəng göstərə bilərsiniz.

 

Hər yerdə təbii tonlar

Son bir neçə mövsümün ən uzun sürən trendlərindən biri yenə də trend olmağa davam edir. Bu monoxrom və neytral paltarları birləşdirmək asandır və hər kəsə gözəl görünür. Qum,Nude rəngli siviter, kostyum və ya ətək,şalvar seçə bilərsiniz. Bu neytral tonun müxtəlif çalarları ilə sınaqdan çəkinməyin; Qum, dəvə rənglərini sınaya bilərsiniz. İmkanlar sonsuzdur və bu, hər kəsin şkafı üçün sonsuz bir seçimdir.Onu da qeyd etməliyik ki, nude tonların üstun cəhətlərindən biri de alış verişin daha səmərəli və sərfəli olmasıdır.

Şəkilə tıklayın

   

 

 

Paltar alış-verişində nələrə diqqət etməli?

Azərbaycanda, Bakıda istehlakçılara yaz, yay, payız, qış geyimlərini təklif edən yüzlərlə geyim mağazası və onlayn paltar satışı ilə məşğul olan saytlar var. Lakin, bu satış yerlərinin heç də hamısında sərfəli qiymətə keyfiyyətli paltar (köynək, şalvar, don, ətək və s.) tapmaq mümkün deyil.

On ildən çoxdur ki, öz müştərilərinə operativ xidmət və yüksək keyfiyyətli məhsul seçimi ilə fərqlənən Alinino.az saytı bu payız da öz müştərilərinin qarşısına yeni geyim kolleksiyası ilə çıəxdı. İsti və yumşaq mçaterialdan hazırlanmış payız-qış gödəkçələri, qalın şalvarlar, idman dəstləri, jaketlər, toxunma sviterlər və digər dəbli məhsulların onlayn sifarişini Alinino.az saytından edərək cəmi 24 saat ərzində seçdiyiniz paltarları əlinizə ala bilərsiniz.

Alinino.az saytı Bakı şəhərinin istənilən nöqtəsinə kuryer çatdırılması ilə yanaşı, Azərbaycanın bütün bölgələrinə (Lənkəran, Astara, Gəncə, Xaçmaz, Füzuli, Şamaxı, Şəki, Zərdab və s.) sürətli və operativ çatdırılma edir.

 

 

Müəllif:  Kubra Quliyeva Xalıqova