Dəbli və yaddaqalan istirahət üçün nə lazımdır?

Gözəl məkan, gözəl hava, unudulmaz musiqi və əlbəttə ki, bütün bu unutulmaz anları yadda saxlayacaq keyfiyyətli fotokamera!

Fujifilm İnstax məhz belə anlarda köməyinizə çatacaq! Siz əylənin, bütün məqamları isə Fuji İnstaks yadda saxlayacaq!

 

Unudulmaz səyahət üçün nə lazımdır?

Maraqlı yol yoldaşı, cib xəritəsi və əlbəttə ki, səyahətin hər anını yaddaşda saxlayacaq möhtəşəm fotokamera!

Fujifilm instax fotoaparatlatı səyahət zamanı ən yaxın yoldaşınız olub sizin unutduqlarınızı da yadda saxlaya və çap edə bilər!

 

Bəs əyləncəsindən doymaq olmayan şənliklər necə? Belə şənliklər üçün sadəcə yaxın dostlar, şən musiqi və əlbəttə ki, hər şeyə daha da rəng qatan fotokamera lazımdır!

İnstax Fujifilm kameraları şənliklərinizə də rəng qatmağa, daha şən və əyləncəli olmağa kömək edəcək!

 

Yetər ki, sən də öz zövqünə və əhvalına uyğun instax fotoaparatını seç, sifariş et, və həyatın dadını çıxar!

 

Bəs Fujifilm İnstax fotoaparatlarından hansı modellər daha populyardır?

Hansı Fujifilm İnstax fotokamerasını almağa dəyər?

 

Fujifilm İnstax fotoaparatlarının ən trend modelləri hansılardır?

 

Gəlin fuji instax TOP 5 listinə nəzər salaq!

 

Azərbaycanda və bütün dünyada Fujifilm İnstax fotoaparatları öz aktuallığını hər gün daha da artırır. Poloroid tipli bu fotokameralar vasitəsilə artıq selfi çəkmək, fotonun üzərinə səs əlavə etmək, müxtəlif filterlər vermək mümkündür.

Bu imkanları sayəsində artıq İnstax fotoaparatları həyatın hər anında istifadə olunur.

 

 

 1. Fujifilm İnstax Mini 11

Klassik dizaynı və yenilənmiş funksiyası ilə Fujifilm İnstax Mini 11 fotokamerası hələ də istifadəçilərin ən sevimlisi olaraq qalır. Sadə mexanizm və kompakt dizayn və sərfəli qiymət  onu daha əlçatan edir.

 

 

 

2. Fujifilm İnstax Mini LiPlay

Azərbaycan satış bazarına nisbətən yeni daxil olmasına baxmayaraq Fujifilm İnstax Mini LiPlay artıq çoxlarının sevimlisinə çevrilib. İncə və zərif dizayna malik olması, filterlərinin say çoxluğu, texniki parametrlərinin yüksəkliyi və ən əsası, foto çəkilişlərinə səs əlavə etmək funksiyasına sahib olması baxımından İnstax Mini LiPlay əvəzolunmaz seçimdir. Xüsusən şənliklər və unudulmaz anların foto ilə yanaşı səs effektlərini də ölümsüzləşdirir.

 

 

3.Fujifilm İnstax Mini 90

Retro aləmin vurğunu olanlar, ruhunu keçmişin nostalgiyasından ayıəra bilməyənlərin seçimi heç şübhəsiz, Fujifilm İnstax Mini 90 modelidir. Bu kamera tamamilə retro üslubda dizayn edilmişdir. Şənliklər və uşaqlar üçün, ev heyvanları və təbiət üçün xüsusi çəkiliş rejimlərinin olması İnstax Mini 90 modelini daha praktik və istifadəyə rahat hala gətirir.

 

 

 

4. Fujifilm İnstax Square SQ20

Unikal imkanları ilə hamını özünə heyran qoyan Fujifilm İnstax Square SQ20

Bu fotokameranın ən vacib üstünlüyü yaddaş kartı (microSD/microSDHC) qəbul etməsi və ehtiyat enerji toplamaqla işləməsidir. Batareya ilə çalışan digər modellərdən fərqli olaraq, Fuji İnstaks Square SQ20 USB vasitəsilə enerji ehtiyatı ilə işləyir.

 

 

 

 

5.Fujifilm İnstax Wide

Dəqiq çəkilişlər üçün Fujifilm İnstax Wide

Bu model çəkiliş zamanı avtomatik ekspozisiya xüsusiyyəti ilə fotoların dolğunluğu təmin edir. Xüsusilə ştativ üzərində dəqiq çəkilişlər aparmaq istəyənlərin əsas seçimidir.

 

Zövqünüzə və istifadə sahənizə uyğun İnstax Fuji fotokamerasını indi seçin, Alinino.az saytından sifariş edin, cəmi 24 saata qapınızda təhvil alın. Üstəlik, 12 aylıq zəmanətlə!

 

Müəllif: Lalə Rəhmanova