Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

24 sentyabr amerikalı, görkəmli yazıçı Frensis Skott Fitscerald-ın doğum günüdür.

Frensis Skott Fitscerald 20-ci əsrin ən əhəmiyyətli amerikan yazıçılarından biridir. Onun həyatı və yaradıcılığı dövrün sosial və mədəni mühitini dərindən əks etdirir. Fitsceraldın həyatı çox mürəkkəb və dramatik hadisələrlə doludur. Fitscerald 24 sentyabr 1896-cı ildə Minnesota ştatının Sent-Pol şəhərində anadan olub. Atası Edvard Fitscerald bir zamanlar işgüzar uğurlar əldə etsə də, sonradan maliyyə çətinlikləri ilə üzləşmişdi. Anası Molli Makkuilla Fitscerald isə zəngin bir ailənin qızı idi. Fitsceraldın uşaqlığı atası işdən çıxarıldıqdan sonra maliyyə çətinlikləri və hərəkətliliklə keçdi. Bu dövrdə yaşadığı çətinliklər onun şəxsi həyatında və yaradıcılığında əhəmiyyətli izlər buraxdı. Fitscerald əvvəlcə Şimali Dakota Universitetində, sonra isə Prinston Universitetində təhsil aldı. Prinston dövründə o, müxtəlif ədəbi dərnəklərdə iştirak etdi və yazı tərzini formalaşdırmağa başladı. 1917-ci ildən başlayaraq I Dünya Müharibəsi dövründə ABŞ ordusunda xidmət etdi. Müharibə onun gələcək əsərlərindəki mövzulara və xarakterlərə təsirsiz ötüşmədi. Bu dövrlərdə o, şəhər hakiminin qızı, varlı ailədən olan Zelda Seyr ilə tanış olur. Bir neçə dəfə bu əsərlərində bu xanımın prototipini yaradaraq obrazları Zelda adlandırmışdır. Fitscerald ordudan tərxis olunduqdan sonra Zeldanın ailəsi onların izdivacına razı olmur. Ədəbiyyat aləmində tanınmaq istəyən yazıçı əsərlərini dərc etdirmək istəsə də, ilk cəhdlər uğursuz olur. Ruhdan düşən Fitscerald içkiyə qurşanır və ailəsinin yanına qayıdır. 1920-ci ildə nəşr etdirdiyi ilk romanı ona şöhrət gətirir. Eyni ildə edə Zelda Seyr ilə evlənir. 1925-ci ildə nəşr olunan "Böyük Qetsbi" Fitsceraldın ən məşhur əsəridir. Müəllif romanı Avropa səfəri zamanı Parisdə bitirərək dərc etdirmişdir. Bu roman Amerika cəmiyyətinin materializm və boşluğunu tənqid edir. Cey Qetsbinin zənginlik və sevgi uğrunda mübarizəsini təsvir edir. 1930-cu illərin sonlarına doğru Fitscerald maliyyə çətinlikləri ilə üzləşdi. Böyük Depressiya dövründə onun yazı karyerası geriləməyə başladı. Eyni zamanda, şəxsi həyatı da çətinliklərlə dolu keçirdi. Onun müxtəlif maliyyə sərmayələri uğursuz oldu. Zelda Seyr psixi sağlamlıq problemləri ilə mübarizə aparırdı. Bu da onların evlilik həyatını çətinləşdirdi. Müəyyən müddət ssenarist olaraq fəaliyyət göstərən yazıçının karyerası ədəbi yaradıcılığı ilə müqayisədə çox da müvəffəqiyyətli olmadı. Bu dövr onun maddi vəziyyətinə əlavə çətinlik gətirdi. 1939-cu ildə Hollivud həyatından bəhs edən “Sonuncu maqnat” əsərini yazmağa başlayır, lakin əsər yarımçıq qalır. 1940-cı ildə Hollivudda ürəktutmasından vəfat edir. Ölümündən sonra onun ədəbi irsi daha geniş şəkildə qiymətləndirilməyə başlandı. "Böyük Qetsbi" və digər romanları dünya miqyasında məşhur olaraq amerikan ədəbiyyatının ən önəmli əsərləri arasında qəbul edildi. Fitsceraldın əsərlərində istifadə etdiyi zəngin təsvirlər və simvollar dövrün sosial və mədəni vəziyyətini əks etdirir. Onun yazı tərzi müasir amerikan ədəbiyyatına dərin təsir etmişdir. Fitscerald həyatı və yaradıcılığı, ədəbiyyat tarixində mühüm bir yer tutur və onun əsərləri, müasir oxucular tərəfindən geniş şəkildə təhlil edilir.

PHOTO-2024-08-28-16-25-38 (1).jpgPHOTO-2024-08-28-16-25-38.jpgPHOTO-2024-08-28-16-25-37.jpg

Products mentioned in the article
7.99 AZN 9.99 AZN
Seçmə hekayələr. Frensis Skot Fitscerald
pcs.
17.52 AZN 21.90 AZN
Все романы в одном томе (Фицджеральд Ф.)
pcs.
4.48 AZN 5.60 AZN
Ночь нежна
pcs.
9.20 AZN 11.50 AZN
Ночь нежна
pcs.
7.36 AZN 9.20 AZN
Ночь нежна
pcs.
30.24 AZN 37.80 AZN
Рубайат
pcs.
7.60 AZN 9.50 AZN
Великий Гэтсби
pcs.
4.24 AZN 5.30 AZN
Ночь нежна
pcs.
4.48 AZN 5.60 AZN
Загадочная история Бенджамина Баттона
pcs.
8.32 AZN 10.40 AZN
Ночь нежна
pcs.
10.16 AZN 12.70 AZN
Прекрасные и проклятые
pcs.
Other publications