Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Azərbaycan şərabı

Qədim tarix

Ərəb tarixçiləri və coğrafiyaçıları - Əbülfida, İbn Havqəl, Məsudi, Əl Müqəddəsi ərəblərin hökmranlığı dövründə Bərdə, Gəncə ətrafında və Azərbaycanın digər regionlarında üzümlüklərin mövcudluğu haqqında məlumatlar verirlər. X əsrin ərəb coğrafiyaşünası Əl Müqəddəsi Azərbaycanın var-dövlətini təsvir edərək yazır «...bu vilayət böyük və gözəldir, orada çoxlu meyvə və üzüm var». Yunan alimi Herodot (e.ə.V əsr), roma alimi Plinii (e.ə. 23-79-ju il), yunan joğrafiyaşünası Stroban (e.ə.I əsr-eramızın I əsri), roma tarixçisi Ammian Masellin (eramızın II-III əsri, 330-400-cü illər) Azərbaycanın həyatında üzümçülüyün xüsusi rol oynadığını qeyd etmişlər.

 

Sovetlər dövründə

Sovet illərində Azərbaycanda xüsusi Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi. Onun tərkibinə 256 xüsusi sovxoz, həmçinin 97 sovxoz-zavod, 8 müstəqil ilkin şərab emalı zavodu və 10 ədəd təkrar şərab emalı zavodu daxil idi.

Keçmiş SSRİ-də «Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri» haqqında 1985-ci ildə qəbul olunmuş qərardan sonra Azərbaycan iqtisadiyyatında aparıcı sahə olan üzümçülük və şərabçılığa böyük zərbə vuruldu, bar verən üzümlüklər sökülməyə başlandı, uzun illər böyük zəhmət hesabına yaradılmış infrastruktur dağıdıldı, üzümlüklərdə yetişdirilən qiymətli yerli və introduksiya olunmuş üzüm sortları məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı.

 

Şərab növləri

Azərbaycanda şərab zavodları 60 markadan çox şərab, o cümlədən 17 növ turş şərab istehsal olunurdu: Bayan, Alşərab, Sadıllı, Mədrəsə, Novruzlu, Şamxor, Qarakənd və s.

20 növ portveyn tipli tünd desert şərabı: Ağstafa, Alabaşlı, Ağdam, Qızıl şərbət, Qara yeri, Qara Çanaq, Mil, Göytəpə, Qarabağ, Şahbuz, Azərbaycan, Şamaxı, Kürdəmir) və konyaklar (Göy-göl-3,4,5 ulduzlu, Bakı, Yubileyni) istehsal edirdilər.

 

Xırdalan Şərab

2006-cı ildən fəaliyyətinə başlamış "Xırdalan Şərab" bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur.

2008-ci ildən isə şirkət məhsullarının sırasına araq da əlavə etmiş və qısa bir zaman ərzində “Novaya Marka”, Sibirskiy Rubin”, “Çudo Klyuç”, “Medved” və “Raduqa” markaları ilə məşhurlaşmağa başlamışdır.

2010-cu ilədək ölkə bazarında özünə layiqli yer tutmuş “Xırdalan Şərab” zamanla konyak və şərabları ilə xarici bazarlara da uğurla daxil olmuşdur. Belə ki, həmin ildən şirkətin istehsal etdiyi şərablar konyaklar Çin Xalq Respublikası və Rusiya Federesiyası bazarlarında təmsil olunmağa başlamış və qısa bir vaxt ərzində alıcıların rəğbətini qazanmışdır.

İstifadə olunan texnologiyalar:

Şirkətin Şamaxıda yerləşən ilkin emal zavodunda Şamaxı, İsmayıllı və Qəbələdə yetişdirilmiş “Kaberne-Sovinyon”, “Kaberne-Merlo” və “Mədrəsə” üzüm növlərindən hazırlanmış şərab sonrakı istehsal üçün Xırdalandakı zavoda göndərilir.

İçkilərin hazırlanmasında ən müasir texnoloji üsullar tətbiq olunur. İstifadə olunan şollar suyu müasir İtaliya avadanlıqlarında osmos üsulu ilə bütün zəruri sanitar-gigiyenik şərtlərə ciddi riayət etməklə təmizlənir.

Araq istehsalında istifadə olunan spirt yüksək keyfiyyətli buğda unundan hazırlanır.

“Xırdalan Şərab”ın istehsal etdiyi bütün içkilərin şüşə qabları Fransa, Moldova və Ukraynadan gətirilir.

Şərab konyak şüşələrinin ağac tıxacları İtaliya, Portuqaliya və Fransadan üzərində “Xırdalan Şərab”ın öz loqosu ilə alınır. Bu isə saxtakarlıq ehtimalını sıfıra endirir.

 

Basarkeçər Şərab

Aqro-Azerinvest MMC “Qəbələ” Şərab Zavodunun istehsalı olan “GOLD BAKU” konyakı və “BASARKEÇƏR” qırmızı süfrə şərabı Moskvada keçirilən ərzaq məhsulları, içkilər və onların istehsalı üçün xammal «PRODEXPO — 2014» 21-ci Beynəlxalq sərginin “2014-cü ilin ən yaxşı məhsulu” laureatı diplomu və qızıl medalını alıb.

“Aqro-Azerinvest” MMC-dən APA-ya verilən məlumata görə, beynəlxalq sərgi fevralın 10-14-də keçirilib.

Sərgidə Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanın “Qəbələ” Şərab Zavodunun məhsulları ən yüksək mükafata layiq görülüb.

"PRODEXPO -2014" 21-ci Beynəlxalq sərginin pavilyonlarında dünyanın 63 ölkəsindən 2300 şirkət məhsullarını nümayiş etdirib.

 

Gəncə Şərab-2

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Moldovada keçirilmiş beynəlxalq dequstasiya müsabiqəsində Azərbaycan şərab məhsullarının layiq görüldüyü mükafatların təqdimatına dair tədbir keçirilib. Belə ki, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı tərəfindən Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilmiş “Black Sea Region Wines & Spirts Contest`2018” adlı müsabiqədə müxtəlif Avropa ölkələrində istehsal olunan 450 şərab nümunəsi dequstasiya olunub. Ölkəmizi müsabiqədə təmsil edən “Gəncə Şərab-2” şirkətinin “Rkasiteli” və “Bayan şirə” üzüm sortlarından hazırlanmış “Hillside Classico” ağ desert şərabı böyük qızıl medal mükafatını qazanıb. “Gəncə Şərab-2” şirkətinin məhsulu olan digər şərab növləri də müsabiqənin qızıl medallarına layiq görülüb. Tədbirdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov sahibkarlığa göstərilən dövlət dəstəyi, ixracın stimullaşdırılması tədbirlərindən bəhs edib, şərab məhsullarının beynəlxalq tədbirlərdə, müsabiqələrdə iştirakının əhəmiyyətini vurğulayıb. O, Azərbaycan şərablarının ixrac həcminin və coğrafiyasının genişləndirilməsi məqsədilə işlər görüldüyünü, bu məqsədlə, Çində Azərbaycan Şərab Evinin açılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

 

Azərbaycan şərabı hər zaman yeksək keyfiyyəti ilə seçilmişdir.