Eşidilmək istəyi hər zaman insanın ən vacib təlabatlarından biri olub. Fikrini, istəyini çatdırmaq, başqalarının səni dinlədiyindən əmin olmaq insanın özünə inamını möhkəmləndirir, davranışlarındakı əminliyi təmin edir. Lakin gözəl eşidilmək üçün ilk növbədə gözəl danışmağı bacarmaq lazımdır.

Psixologiya deyir ki, istəklərinizi əldə etməyin böyük hissəsi onları necə dilə gətirməkdən asılıdır. İstər iş həyatında,  rəsmi görüşlərdə, istər məişətdə, gündəlik həyatımızda, istərsə də şəxsi münasibətlərimizdə - bura hətta sevgi də daxildir – sözlər düzgün seçilib səlis ifadə olunarsa, istəklərin gerçəkləşməsi və liderliyin təmin edilməsi 80% tamamlanmışdır.

Publikanın diqqətini öz nitqinizə cəlb etmək, onların bizə həvəslə qula asmalarını təmin etmək istəyirksə, o zaman səlis, yığcam, aydın və təsirli nitqə sahib olmalıyıq. Bunun isə başlıca səbəbi kitab oxumaqdır. Alimlər müəyyən edib ki, mövzusundan asılı olmayaraq, kitab oxumaq insanın nitqini kamilləşdiririr, fikrini səlis ifadə etməkdə əsas köməkçi vasitə hesab edilir. Çünki natiqlik sənətinin başlıca xüsusiyyəti geniş söz bazasının olmasıdır.

Əgər siz də publikanın  diqqətini Uinston Çorçill, Toni Robinson və digər məşhur natiqlər qədər cəlb etmək istəyirsinizsə, o zaman fikrinizi səlis ifadə etməyi, gözəl danışığa sahiblənərək özünüzə inamlı şəkildə davranmağın yollarını sizə kitablar öyrədəcək!

Bəs bu istiqamətdə hansı kitabları oxumaq daha faydalıdır? Gözəl və aydın danışmağı bizə hansı kitablar öyrədə bilər? Buyurun, sizə siyahı təqdim edirik ki çox danışmağınız heç kimi “incitməsin” :)   (Ətraflı məlumat üçün fotolara klik etməyi unutmayın!):

          

  

 

        

 

 

        

 

 

        

 

Kitabları bütün "Əli və Nino" kitab mağazalarından, həmçinin www.alinino.az saytından əldə edə bilərsiniz.

 

Müəllif: Lalə Rəhmanova