Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Doğru makiyaj cavanlaşdırır!

Hər bir qadına təbiət tərəfindən özünəməxsus formada gözəllik bəxş edilmişdir. Lakin bu gözəlliyi qoruyub-saxlamaq, ona daha çox gözəllik çalarları qatmaq üçün xanımlar müxtəlif kosmetik vasitələrə müraciət edirlər. Bəs makiyaj edərkən başlıca olaraq hansı cəhətlərə diqqət yetirməliyik? Doğru makiyajın sirrləri nədir? Gəlin, bir qədər araşdıraq.

 

Kosmetik vasitələrdən düzgün istifadə qaydaları:

Qadınlar makiyajdan istifadə edərkən kiçik hiylələrlə qüsürlarını yaxşı formaya sala bilərlər. Amma bunula yanşı gərək kosmetik vasitələrdən düzgün istifadə edilsin. Cünki doğru makiyaj insanı yaşından cavan, yanlış makiyaj isə cavan insanı yaşlı və qulluqsuz göstərə bilər.


 

Pudranı və tonal kremi hər yerə sürtmək +5 yaş
Bu məhsulları üzün hər yerinə sürtmək dərinin rəngini, görünüşünü pisləşdirir. Bu, insanı ən azı 5 yaş yaşlı göstərir. Daha yaxşı olar ki, onları burnunuza, az miqdarda yanaqlara və göz ətrafına vurasınız.

 

Nəm pudra -5 yaş
Yaş pudralar dəriyə canlı görüntü verir. Çünki bu, üzdə olan piqmentləri daha yaxşı örtür. Nəticə 5 yaş cavan görünüş.


 

Ənlikdən istifadə +8 yaş
Qəhvəyi rəngli ənliklərdən çox istifadə üzə sərt və soyuq ifadə verir.

 

Doğru ton -4 yaş
Dərinizin rəngindən yarım ton açıq tonal krem seçin. Ən yaxşısı bej rəngidir.



Parıltılı cild +6 yaş
35 yaşdan sonra dəridəki təbii parlaqlıq tədricən itməyə başlayır. Dərinin işıltısını qaytarmaq heç də bütün parıltılı kosmetik vasitələrdən istifadə etməyə əsas vermir.

 



Fırça -8 yaş
Tonal kremi fırça, süngər ilə sürtməyə çalışın. Bu hiylədən hətta makiyaj ustaları da istifadə edirlər. Bu, pudradan çox istifadənin qarşısını alır və üzdəki ləkələri, izləri daha yaxşı örtür. Fırça həm də pudranın bir yerdə topalaşmasının qarşısını alır.

 



 

Qatı dodaq boyası +5 yaş
Qatı dodaq boyası dodağın parıltısını öldürür və dodaqları nazik göstərir. Tünd rəngli «pomada» qadını yaşından ən azı 5 yaş böyük göstərə bilər.

Parlaq rənglər -3 yaş
Xüsusilə 35 yaşdan sonra nisbətən parlaq rəngli və yumşaq rəngli sulu dodaq boyasından istifadə edin. Bu, dodağa təbii parlaqlıq və həcm verəcək. Nəticə isə daha cavan görünüş olacaq.

Canlı baxış -2 yaş
Göz ətrafında olan bəzi tünd halqalar diskomfort və yaşlı görüntü yarada bilər. Bunun çarəsi pudradır. Açıq rəngli kosmetik vasitəni fırça ilə yüngülcə göz ətrafına sürtün. Halqalar ortadan qalxacaq və üz iki yaş cavan təsiri bağışlayacaq.


Doğru tuş -5 yaş
Həcm verən tuşlar əvəzində kirpikləri daha uzun göstərəcək və buracaq tuşlara üstünlük verin. Bu, canlı və gözəl baxışlara zəmanət verəcək.

 



Ten -5 yaş
Qaşın altından çəkilən şampan rəngli bir az parlaq ten gözlərə təbii işıq verir.



Pastel rənglər +5 yaş
Bütün pastel rəngli tenlər baxışlardakı mənanı itirir. Kirpik və qaşlar «yazıq» forması alır.