Musiqi ilə istirahət etməyi sevənlərin, ruhunu əsl musiqi ilə dincəltmək istəyənlərin sevimli əşyalarından biri də klassik dövrdən bu günədək hələ də öz aktuallığını qoruyub saxlayan qrammofonlardır.

Taxta materialdan hazırlanaraq dəri üzlüklə örtülmüş pikap tipli bu müasir qrammofonların ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, bu qarmmofonlar təkcə vinillər (plastinkalar) vasitəsilə deyil, müasir smartfonlar vasitəsi ilə də musiqi səsləndirə bilir.

 

Çamadan formalı olan pikap qrammofonlar özlərinin rəngarəngliyi ilə də seçilir. Aktual rənglərdən sayılan qırmızı, mavi, boz, qara tonları, heç vaxt dəbdən düşməyən klassik dizaynlı taxta üzlükü modelləri istifadəçilərin zövqünü oxşayır.

Bu qrammofonların rəng müxtəlifliyi eyni zamanda onların istənilən interyerə uyğunlaşması baxımından da geniş imkanlar yaradır.

   

Modern, klassik, avanqard... istənilən dizayna sahib evə və istənilən məkana asanlıqla uyğunlaşdırmaq mümkündür.

TE 001 model nömrəsinə sahib olan bu qrammofonlar hazırda Azərbaycanda, Bakıda geniş maraq doğurur. TE 001 qrammofonunun əsas üstünlüklərindən biri də onların həcm baxımından yığcam olmasıdır. Bu, qrammofonu istənilən yerə özünüzlə daşımaq imkanı yaradır. Siz bu qrammofonu hətta əlinizə götürərərk şəhərin istənilən yerinə apara, istirahətiniz zamanı yanınızda sizə yoldaşlıq edəcək əvəzolunmaz vasitəyə çevirə bilərsiniz.

  

Kompakt ölçülər, istifadə mexanizminin sadəliyi, çəkinin azlığı, rənglərin müxtəlifliyi... Praktiklik baxımından qrammofon TE 001 modeli əvəzolunmazdır!

 

 

 

Retro aləmdən hələ də çıxa bilməyən, klassikanı olduğu kimi, dəyişilmədən sevənlər üçün isə qrammofon dəbi dəyişməz olaraq qalır. Onlar qrammofonun dizaynı cə funksianallığına belə toxunulmasını istəmirlər.

Belə həvəskarlar üçün Qrammofon Musitrend T401 modeli daha əlverişlidir. Qrammofon Musitrend T401 əsl retro qrammofon dizaynını qoruyub saxlamaqdadır. Həcmiin böyüklüyü, çəkisinin ağırlığı onu daşınan haldan uzaqlaşdıraraq daxili məkanların ( evin, ofisin və s.) əvəzolunmaz bəzəyinə çevirmişdir.

    

 

Qrammofon Musitrend T401 modeli sözün həqiqi mənasında bir qrammofondan daha artığıdır!

İlk növbədə, ona görə ki, bu model qrammofon musiqini sadəcə vinillər (vallar) vasitəsilə deyil, eyni zamanda CD daşıyıcılar, stamrtfon, blutuz, kasset, yaddaş kartı və ya SD kartlar vasitəsi ilə də oxutmaq imkanına sahibdir. Bu çoxfunksiyalı qrammofon evinizdə eyni zamanda bir neçə musiqi səsləndiricisini əvəz edə bilir.

Radio dinləmək funksiyasının olması isə Qrammofon Musitrend T401 modelini tamamilə əvəzsiz ev əşyasına çevirir.

Sizə isə yalnız bir şey qalır: sevimli qrammofonunuzu işə salıb istədiyiniz musidi dinləmək funksiyasını seçmək və gözəl musidiqən həzz almaq...

 

 

Müəllif: Lalə Rəhmanova