Kameralar bizim pis və yaxşı günlərimizə şahidlik edənlərdəndir. Buna görə də illər keçdikcə texnologiya aləminə daha da təkmilləşən kameralar qədəm qoyur. Dünyanın fotoyla ilk tanışlığı 1822-ci ildə olmuşdur. Uzun yol gələn yaranış prosesi 1822-ci ildə fransız ixtiraçısı Yozef Nisofer Niyepsinin ixtirası olan Dagerotipiya üsulu fotoaparat idi. 1960-70-ci illərdə Polaroid adlı fərqli kameralar görünməyə başladı. Şəkillərin anında əldə olunması üstünlüyünə görə bu gün də dəbdən düşməyən polaroidlərin yeni növlərini Bakıda hardan almaq olar? 

Alinino.az onlayn mağazasında mövcud olan Instax-ların ən çox satılanları və özəlliklərini təqdim edirik:

 

hero_instaxmini90_overview_01_sp.png

Fujifilm Instax mini 90 modeli mağazamıza 3 növ rəngi - qara, qəhvəyi və qırmızı ilə daxil olub. Hər cür zövqə cavab verən bu kameralar özünün retro görünüşü, çəkiliş keyfiyyəti və ikiqat ekspozisiya funksiyası ilə seçilir. Seçilən 5 proqram sayəsində arxa fonu işıqlandıra, uzaq obyektləri seçilən edə, sürətli çəkilişlər apara bilərsiz, uzun ekspozisiyaya görə şəkillərin bulanıqlaşmasınının qarşısını almaqçün ştativ birləşməsi və landşaft proqramı var. Plastik materialdan olan 296 qramlıq bu modeli 12 aylıq zəmanətlə əldə edə bilərsiz.

 

 

217f03584f9d123fb40dee4063ddc4a4.jfif

Fujifilm Instax Square SQ20 modeli mağazamızda iki rəng seçimi - bej və qara ilə satışdadır. Li-ion batareya gücünə malik plastik materialdan olan bu kamera cəmi 390 qramdır, çox kompakt və yüksək keyfiyyətinə, şəkillərin parlaqlığına görə seçilir. 32 GB yaddaş tutumu var,  MicroSD və microSDHC yaddaş kartı dəstəkləyir. Özündən öncəki modellərdən təkmilləşmiş bir neçə xüsusiyyətinə görə üstünlük qazanır. Məsələn, eyni anda çəkilmiş şəkillərin sonradan seçilə bilməsi və həm batareya, həm də şarjla çalışması əladır. Alıcıların rəğbətini qazanmış Square SQ20 modelini 12 aylıq zəmanətlə əldə etməyə tələsin. 

 

hero_instaxminiliplay_overview_01_sp.png 

FUJİFİLM Instax Mini Liplay Elegant modeli ağ, qara və çəhrayı olmaqla üç rəngdə təklif edilir. Geniş funksiyalı və yüngül olmasına görə çox unikaldır. Çəkilən şəkillərin əlvanlığını və təbiiliyini qoruduğu üçün alıcılar tərəfindən çox bəyənilmişdir. Uzun zaman enerji saxlayan bu plastik materiallı polaroid mağazamız tərəfindən sizə 12 aylıq zəmanətlə təklif olunur.

 

hero_instaxwide300_overview_01_sp.png 

Fujifilm İnstax Wide 300 öz mükəmməlliyi ilə digər polaroidlərə meydan oxuyur. Görünüşü və keyfiyyəti göz oxşayır.  Cəmi 612 qram olan bu balaca yoldaşınızla çəkilən şəkillər öz parlaqlığı və canlılığı ilə sizi valeh edəcək. Əlavə olaraq işıq, qaranlıq nisbətinə nəzarət, doldurma rejimi və  çərçivə sayğacı olan İnstax Wide 12 aylıq zəmanətlə təklif olunur. Alıcıların rəğbətini qazanmış bu modeli siz də sınayın, peşman olmazsız.

 

instax-camera-mini-11-hero-sp-01.png 

Fujifilm Instax Mini 11 mavi, ağ, qara, soyuq yaşıl, çəhrayı və açıq bənövşəyi rəng seçimi olan, plastik materiallı, cəmi 293 qramlıq şirin görünüşə sahib modeldir. Bu kiçik dostunuzla xatirələrinizi əbədiləşdirmək həm də çox əyləncəli olacaq. İki kompanentli linzaya malik bu kameraya əlavə olaraq avtomatik çap çıxışı, foto kaset yoxlama pəncərəsi, çərçivə sayğacı da daxildir. Səyahətə getməyə hazırlaşırsızsa, bu model tam sizlikdir, fürsəti əldən verməyin. Instax Mini 11 kamerasını mağazalarımızdan və onlayn formada 12 aylıq zəmanətlə ala bilərsiz.

 

 

hero_mini12_01_sp.png 

INSTAX MINI 12 polaroidləri mavi, bəyaz və çəhrayı, yaşıl, açıq bənövşəyi olmaqla 5 rəng seçimi ilə hər zövqə uyğundur. Şəkillərinizin əlvan və təbii olmasını istəyirsizsə, gəzintilərin vazkeçilməzi olan mini 12 modelini almağa tələsin. Münasib qiymətə kamera axtarırsızsa, çantaya yerləşməsi, batareya rejiminin gücü və unikal görünüşü olan Mini 12 kamerasını 12 aylıq zəmanətlə əldə edə bilərsiz.

 

btoc-instax-sq1-hero-sp.png 

Fujifilm Instax SQUARE SQ1 iki qat batareya gücü, 390 qram çəkisi, narıncı, mavi və ağ rəngləri ilə könülləri fəth edənlərdəndir. Kompakt ölçüsünə və üstün keyfiyyətə malik bu modelin  avtomatik çap çıxışı, foto kaset yoxlama pəncərəsi, çərçivə sayğacı da var. Mağazamıza daxil olduğu andan alıcıların rəğbətini qazanmış SQUARE SQ1 polaroidlərinj siz də almağa tələsin.

 

Modern və klassikanın vəhdəti olan polaroid kameralarının siyahısı bunlarla bitmir. Alinino.az saytında bu kompakt, keyfiyyətli instax-ları evinizdən çıxmadan sifariş edə bilərsiniz.

 

 Alinino.az onlayn mağazası Azərbaycanda, Bakıda polaroid Instax modellərinin geniş çeşidini sərfəli qiymətlə təqdim edir. Sifariş olunan kameralar ən qısa zamanda ünvana çatdırılır.

 

 

 

Müəllif: Arzu Murad