Fransız ədəbiyyatının ən görkəmli nümayəndəsi, heç şübhəsiz, Viktor Hüqo hesab edilir. Bu dahi qələm sahibi dünya ədəbiyyatına "Səfillər", "Paris Notr-Dam kilsəsi", "Gülən adam" və s. kimi möhtəşəm əsərlər vermişdir.
(Viktor Hüqonun kitablarını əldə etmək üçün məqalənin sonuna baxın.)
Bəs Viktor Hüqo haqda bilməli olduğumuz hansı maraqlı faktlar var?
Biz sizin üçün ən maraqlı 10 faktı topladıq:
1. Viktor Hüqo 14 yaşında artıq 2 faciə əsəri yazmışdı.
2. Hüqonun yazıçılıq istedadı ilə yanaşı rəssamlıq qabiliyyəti də güclü olmuşdur. Səkkiz yaşından etibarən o, rəsm çəkməyə başlamışdır.
3.Viktor Hüqo özü "Paris Notr-Dam" əsərini fransız xalqını tarixi abidələri sevməyə ruhlandırmaq üçün yazdığını qeyd edirdi.
4. Dahi yazıçı ömrünün 16 ilini fransız otellərindən birində yaşamışdır.
5. Yazıçı maddi böhrana düşən zaman qələm-kağızını götürüb bir otağa qapanıb çılpaq halda yazmağa başlayırdı.
6. "Səfillər" romanını 20 ildən çox vaxta yazmışdır.
7. Yazıçının həyat yoldaşı Adel ona qarşı çox laqeyd olsa da 5 övlad dünyaya gətirmişdir.
8. O, 50 il boyunca "əsl həyat yoldaşım" adlandırdığı başqa bir qadınla sevgi münasibəti yaşamışdır.
9. 80 yaşı olanda xəstəlikdən əziyyət çəkən Viktor Hüqo onun şərəfinə düzəldilmiş paradda iştirak etməkdən imtina edə bilmir. Nəticədə sətəlcəmi daha da inkişaf etdi və o, tezliklə öldü.
10. Hətta Merkuri planetinin kraterlərinin birini də yazıçının şərəfinə adlandırıblar.
Müəllif: Lalə Rəhmanova