Crescent Mall-da unudulmaz həftəsonu: Kitab, oyun və yaradıcılıq dolu iki gün sizi gözləyir!
Bu həftəsonu – 12 və 13 aprel tarixlərində Crescent Mall-da yerləşən “Əli və Nino” kitab mağazası hər yaşdan ziyarətçilər üçün rəngarəng və maraqlı aktivliklər təşkil edir! Oxumaq, öyrənmək, oynamaq və birlikdə vaxt keçirmək istəyən hər kəs üçün dolu-dolu bir proqram sizi gözləyir.
📚 12 Aprel - Kitabla dostluq gününüz olsun!
✨ Oxu saatı (12:00 – 12:45)
Sakit və ilhamverici atmosferdə uşaqlar üçün maraqlı kitab oxunuşu keçiriləcək. Balacalar sevdikləri hekayələrlə tanış olacaq, dinləmə və təsəvvür bacarıqlarını inkişaf etdirəcəklər.
✨ “Əli və Nino” Uşaq Kitab Klubu (13:00)
Oxumağı sevən uşaqlar üçün bir araya gəlmək, oxuduqları kitablar haqqında danışmaq və yeni dostlar qazanmaq imkanı!
🎨 Öz əlfəcinini yarat! (14:45 – 15:20)
Yaradıcılığı sevirsiniz? Bu əyləncəli ustad dərsində uşaqlar öz əlləri ilə unikal əlfəcinlər hazırlayacaqlar. Həm faydalı, həm də əyləncəli!
♟️ Şahmat oynayaq! (16:00 – 17:00)
Ağıllı strategiyalar, məntiqli gedişlər və sakit rəqabət. Böyüklər və uşaqlar üçün açıq şahmat seansı sizi gözləyir!
📚 13 Aprel - Yeni dostlar, yeni ideyalar!
✨ Oxu saatı (11:00 – 11:30)
Səhəri yenə kitablarla qarşılayaq! Balacalar üçün sevgi, dostluq və macəra dolu bir kitab oxunuşu təşkil olunacaq.
🧱 Lego oynayaq! (11:45 – 12:30)
Yaradıcılığı və incə motor bacarıqlarını inkişaf etdirən lego saatı uşaqlar üçün əsl sevinc olacaq!
“Əli və Nino” Kitab Klubu görüşü (13:00)
Kitabsevərlərin səbirsizliklə gözlədiyi görüş! Maraqlı müzakirələr və yeni kitab tövsiyələri sizi burada gözləyir.
"Ali and Nino" Book Club meeting (in English) (April 13 at 2:00 PM)
Reading lovers who prefer English – this one is for you! Join us for a cozy discussion in a friendly atmosphere.
🛠️ Konstruktor MasterClass (14:30 – 16:00)
Uşaqlar üçün əyləncəli və öyrədici bir ustad dərsi! Peşəkar rəhbərliklə keçiriləcək bu fəaliyyət uşaqların düşünmə və yaratma bacarıqlarını inkişaf etdirəcək.
Ödəniş: 10 AZN
Əlaqə: +994 51 716 59 11
✨ Bu həftəsonu "Əli və Nino" Crescent Mall-da həm ailəvi, həm fərdi şəkildə iştirak edə biləcəyiniz aktivliklərlə doludur. Uşaqlar üçün təlimlər, böyüklər üçün kitab klubu görüşləri, birlikdə oynamaq və öyrənmək üçün saysız imkanlar sizi gözləyir.
Gəlin, bu həftəsonunu kitabla və sevinclə qarşılayın!
📍 Ünvan: Crescent Mall, 4-cü mərtəbə