Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

“Əli və Nino”da həftəsonu masterclassları maraqla qarşılandı

24 may tarixində “Əli və Nino” kitab mağazasının Crescent Mall filialında keçirilən həftəsonu tədbirləri böyük maraqla qarşılanıb. Gün ərzində müxtəlif yaş qrupları üçün təşkil olunan masterclasslarda iştirakçılar yaradıcılıqlarını nümayiş etdirmək imkanı əldə ediblər.

Tədbir çərçivəsində ilk olaraq stəkan boyama masterclassı keçirilib. İştirakçılar fərqli rəng və dizaynlarla öz stəkanlarını hazırlayaraq maraqlı vaxt keçiriblər.

Daha sonra gips fiqurların boyanması üzrə masterclass təşkil olunub. Xüsusilə uşaqların marağına səbəb olan bu fəaliyyət iştirakçılara həm əyləncə, həm də yaradıcılıq imkanı təqdim edib.

Günün sonunda isə dekor hazırlama masterclassı baş tutub. Tədbir zamanı hazırlanan dekor nümunələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Əli və Nino” nümayəndələri bildirib ki, bu cür tədbirlərin əsas məqsədi uşaqlar və valideynlər üçün faydalı və yaradıcı mühit formalaşdırmaqdır.

Other publications