Keçirilən tədbirlər çərçivəsində iştirakçılar toxuma, muncuqla tikmə, taxta üzərində əl işləri hazırlama, ətir hazırlanması və gips fiqurların boyanması kimi fəaliyyətlərdə iştirak ediblər.
Masterklasslar həm uşaqlar, həm də böyüklər tərəfindən maraqla qarşılanıb. İştirakçılar yeni bacarıqlar əldə etməklə yanaşı, yaradıcılıqlarını nümayiş etdirmək imkanı qazanıblar. Tədbirlər interaktiv və əyləncəli mühitdə keçərək ziyarətçilərin yadda qalan təcrübəsinə çevrilib.