Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Uşaqlar üçün konstruktor Master Klassı keçrildi

10 may tarixində kitab mağazasında uşaqlar üçün maraqlı və yaradıcılığı inkişaf etdirən Konstruktor Master Klassı təşkil olundu. Tədbir zamanı balaca iştirakçılar müxtəlif konstruksiya elementlərindən istifadə edərək öz unikal modellərini yaratdılar, həmçinin sonda hazırladıqları konstruksiya uşaqlara hədiyyə olundu. 

Master klass zamanı uşaqların təxəyyülü və texniki bacarıqları inkişaf etdirildi. Onlar müxtəlif fiqurlar quraraq, quruculuq prosesinin incəliklərini öyrəndilər. Təlimçilərin dəstəyi ilə hər bir iştirakçı öz kiçik layihəsini uğurla başa vurdu.

Gözəl və məhsuldar vaxt keçirən uşaqlar master klassdan böyük zövq aldılar. Valideynlər isə belə yaradıcı tədbirlərin uşaqların inkişafında mühüm rol oynadığını vurğuladılar.

Növbəti master klass üçün isə hazırlıqlar artıq başlayıb və iştirakçılar yeni sürprizləri səbirsizliklə gözləyirlər.