Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Azerbaijan Publishing Houses

4.76 AZN 5.60 AZN
Ölüm daha gözəldir
pcs.
17.85 AZN 21 AZN
Quba Tarixi
pcs.
17.85 AZN 21 AZN
Religions in the Caucasus
pcs.
8.50 AZN 10 AZN
Şeyx
pcs.
7.14 AZN 8.40 AZN
Sözün Kodu
pcs.
7.14 AZN 8.40 AZN
Tanrının təbəssümü
pcs.
119 AZN 140 AZN
The Armenian question in the Caucasus (3 vol set)
pcs.
5.10 AZN 6 AZN
Mavigözlü ögey ana
pcs.
8.49 AZN 9.99 AZN
Heç nədən
pcs.
5.10 AZN 6 AZN
Gülümsə
pcs.
11.82 AZN 13.90 AZN
Dahi
pcs.
50.15 AZN 59 AZN
İrəvan xanlığının bölgə mətbəxi
pcs.
8.50 AZN 10 AZN
She Wore Black
pcs.
12.07 AZN 14.20 AZN
Müqəddəs hər şey
pcs.
8.08 AZN 9.50 AZN
İtmis Sonsuzluq
pcs.
6.38 AZN 7.50 AZN
Elə həmin Elis
pcs.
8.33 AZN 9.80 AZN
Sonsuzluğun Dirçəlişi
pcs.
8.33 AZN 9.80 AZN
Sonsuzlugun Dirilişi
pcs.
8.42 AZN 9.90 AZN
Cümə Gününədək Nisanlanmalı
pcs.
7.23 AZN 8.50 AZN
Samerin kölgəsi
pcs.
7.65 AZN 9 AZN
Tənha Mələk
pcs.
9.18 AZN 10.80 AZN
Qəlb hökm dinləmir
pcs.
7.65 AZN 9 AZN
O anı xatırla
pcs.
7.57 AZN 8.90 AZN
Dəmir yumruq
pcs.
8.42 AZN 9.90 AZN
Köhnə qorxular
pcs.
8.42 AZN 9.90 AZN
Fobiya
pcs.
5.87 AZN 6.90 AZN
Siz Möhtəşəmsiniz
pcs.
9.27 AZN 10.90 AZN
Qarmağa keçdinsə
pcs.
7.57 AZN 8.90 AZN
Heklberri Finnin macəraları
pcs.
6.72 AZN 7.90 AZN
Gümüş konkilər
pcs.
23.80 AZN 28 AZN
Ходжалы. Очевидцы – О Военных Преступлениях. Суд Над Арменией
pcs.
11.90 AZN 14 AZN
История Немецкой Колонизации На Кавказе
pcs.
11.90 AZN 14 AZN
Кровавые Годы
pcs.
8.33 AZN 9.80 AZN
Лето Саммерсов
pcs.
7.14 AZN 8.40 AZN
Yay mövsümü
pcs.
14.28 AZN 16.80 AZN
Сабли Рая
pcs.
21.42 AZN 25.20 AZN
The Olzhas Fenomen
pcs.
11.90 AZN 14 AZN
The People The World Forgot
pcs.
17.85 AZN 21 AZN
The Prehistory Of The Turkic-Speaking Peoples
pcs.
5.95 AZN 7 AZN
Tunc melek
pcs.
1...78910
Страница:

Azərbaycan nəşriyyatları, Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün əhəmiyyətli bir rol oynayır. Bu nəşriyyatlar, ədəbiyyat əsərləri, elmi kitablar, incəsənət nəşrləri, tarixi əsərlər və daha bir çox janrda kitabların nəşri üçün fəaliyyət göstərir. 

 

Əli və Nino Nəşriyyatı – “Əli və Nino” mağazalar şəbəkəsi olmaqla yanaşı, uzun illərdir ki, nəşriyyat kimi də fəaliyyət göstərir. Qanun nəşriyyatı ilə birgə nəşrləri olduqca çoxdur. Bütün “Dünya uşaq ədəbiyyatı” seriyası və “Qırmızı klassiklər”, “Milli klassikamız” seriyalarının nəşri Qanun və “Əli və Nino”nun ortaq nəşrləridir.

“Əli və Nino” nəşriyyatı  klassiklər seriyasında Fyodor Dostoyevski, Lev Tolstoy, Toni Morrison, Anton Çexov, Victor Hugo, Theodore Dreiser, Jane Austen, John Steinbeck, Jack London, İvan Turgenev, Thomas Mann, Aleksandr Puşkin, Charles Dickens, “Azərbaycan klassikləri” seriyasında isə Məmməd Səid Ordubadi, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, İlyas Əfəndiyev, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, İsmayıl Şıxlı və digərlərinin əsərlərini çap etmişdir.

Bunlardan əlavə, “Əli və Nino”nun Qanunla birgə olmayan, tək çap etdiyi nəşrlər də vardır. Məsələn, Luiza Heyin təzə kitabları buna misal ola bilər.

 

Qanun nəşriyyatı – 1995-ci il ildən fəaliyyət göstərir, Nəşriyyat ilk illərdə, əsasən, hüquq ədəbiyyatı nəşr edirdi. Sonralar isə bədii və tərcümə ədəbiyyatının nəşrinə üstünlük vermişdir.

“Qanun” nəşriyyatı bütün sahələrdə: bədii ədəbiyyat, fəlsəfə, tarix, iqtisadiyyat, tibb, coğrafiya, elmi-fantastika, uşaq ədəbiyyatı, din, mətbəx və sağlamlıqla bağlı kitablar nəşr etməklə fəaliyyətini ilbəil genişləndirir.

“Qanun” nəşriyyatı bir çox Nobel mükafatı laureatının: Orhan Pamuk, Herta Müller, J.M.G. Le Clezio, Jose Saramago, Albert Camus və s. ilə yanaşı, Bernhard Schlink, George Orwell, Marc Levy, Paulo Coelho, Dan Brown, Richard Branson, David Eagleman, Yuval Noah Harari, Eckhart Tolle, Salman Rushdie, J.R.R.Tolkien, Rhonda Berne, Stephen Hawking, Franz Kafka kimi dünyaca oxunan yazarların əsərlərini türk, rus, ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə tərcümə etmişdir.

Hazırda ölkənin ən böyük və ən qədim özəl nəşriyyatı hesab olunur. Bütün bestseller kitabların nəşri məhz Qanun nəşriyyatına aiddir.

 

Teas Press -  2014-cü ildən təsis edilmişdir. Teas Press nəşriyyatı elmi-kütləvi, bədii, tarixi, motivasiya, iqtisadiyyat və bir çox mövzularda kitablar nər edir.

Nəşriyyatın “3 Alma” və “YAY” adlı fərqli, nisbətən kiçik nəşriyyatları da mövcuddur.

3 Alma - TEAS Press Nəşriyyat evi “3 alma” əmtəə nişanı ilə azyaşlı uşaqlar, yeniyetmə və gənclər, eləcə də müəllim və valideynlər üçün bədii və elmi-kütləvi kitablar nəşr edir.

Yay kitab - Əcnəbi müəlliflərin əsərlərinin Azərbaycan dilində nəşr olunmasını təmin edən "YAY" yeni imzaları tanıtmağa, oxucuya yeni kitablar, yeni fikirlər təqdim etməyə çalışır. "YAY" nəşrləri profili ilə 2017-ci ildə yeni kitabların çapına start verib. Məqsəd 16-35 yaş arasındakı oxucular üçün nəzərdə tutulan kitablarla oxucuları tanış etməkdir.

 

Qədim Qala - Qədim Qala” 2011-ci ildən etibarən fəaliyyətə başlamışdır. Nəşriyyat əsasən tanınmış yazar Rövşən Abdullaoğlunun kitabları ilə məşhurlaşıb. Hazırda nəşriyyat Rövşən Abdullaoğlunun kitabları ilə yanaşı, bir neçə fəlsəfi, dini kitablar da nəşr edir.

 

Parlaq İmzalar - "Parlaq İmzalar" Nəşriyyatı 2013-cü ildə yaranmışdır. Əsasən dünya ədəbiyyatının bədii, fəlsəfi, psixoloji əsərlərini dilimizə tərcümə edərək çap edir. Geniş çeşiddə dünya klassikası seriyası var. Bundan əlavə, gənc yerli yazarların tanınmasına da təkan verir. Bu məqsədlə xüsusi ATV seriyası var idi.

 

Hədəf nəşriyyatı - Hədəf Kurslarının ən böyür uğurlarından biri,onun öz dərs vəsaitlərini çap etdirməsi olmuşdur.Bu məqsədlə 2009-cu ildə “Hədəf Nəşrləri” yaranmışdır. Nəşriyyat əsasən uşaqlar üçün dərf vəsaitləri və öyrədici kitablar çap edir.

 

İzə - 2019-cu ildə fəaliyyətə  başlayan “İZƏ” nəşriyyatı əsasən şagirdlərin təhsil həyatının hər mərhələsi və hər
sahəsinə aid öyrədici kitablar çap edir. Yəni, uşaqlar üçün ana dili, riyaziyyat və s. testlər, saymağı, oxumağı
öyrədən vəsaitlər, məktəbəqədər hazırlıq və s. istiqamətlərdə kitablar İZƏ nəşriyyatında var.

 

Libra - 2018-ci ildən fəaliyyətə başlayan “Libra kitab” nəşriyyatının məqsədi uşaq ədəbiyyatı sahəsində faydalı və orijinal əsərlər ortaya qoymaqdır. Nəşriyya­tı­mız əsasən uşaqlar və valideynlər üçün kitablar nəşr edir. Librada uşaqlar üçün həm bədii kitablar, həm də öyrədici kitablar var. Nəşriyyat çalışır ki, hazırlanan kitablar uşaqların xəyal dünyasını və biliklərini zənginləşdirsin, onlara gələcək həyatlarında faydalı olsun. Hazırda ümumilikdə 100-ə yaxın kitab nəşr edilib və çapa hazırlanıb.

 

Mücrü - Mücrü Nəşriyyatı 2019-cu ildən başalayaraq fəaliyyətdədir. Nəşriyyat fəaliyyətə başladığı gündən həm yerli, həm də dünya ədəbiyyatının nəşri ilə məşğul olur. Bura bədii kitablarla yanaşı, uşaq ədəbiyyatı, metodik və akademik nəşrlər aiddir.

“Mücrü” nəşriyyatının ən popular seriyaları:

– “Çoxbilmiş” uşaq seriyası. Seriyada məktəbəqədər yaşdan başlayaraq orta təhsilin yuxarı sinif yaşlarına qədər oxucular üçün metodik və bədii kitabların nəşri həyata keçirilir.

– “Bapbalaca” seriyası. Bu seriyada uşaqlar üçün müxtəlif mövzulu rəngləmələr və nağıllar nəşr edilir.



Azərbaycan nəşriyyatlarının siyahısında bu nəşriyyatlarla yanaşı daha bir neçə kiçik nəşriyyat da var. Bunların sırasında Xan, Alatoran, Bookzone kimi nəşriyyatların adlarını qeyd etmək olar. Xan nəşriyyatının ən tanınmış seriyası “Xatirə ədəbiyyatı” seriyasıdı. Alatoran və Bookzone nəşriyyatları isə əsasən xarici ədəbiyyatın seçilmiş nümunələrini dilimizə tərcümə edərək çap edirlər.