Rusiya tarixində ən əlamətdar hadisənin - çarizmin devrilməsinin mahiyyətini anlamaq üçün sonuncu çar II Nikolayın (1868-1918) bioqrafiyası çox mühüm mənbədir. Nikolay 26 yaşında taxta çıxıb. O, nə qədər vicdanlı, dürüst və vətəninə bağlı insan olsa da, bir o qədər də zəif, mövhumatçı və qətiyyətsiz biri idi. Zəif xarakterli birinin minbir çətinliyə və təzyiqlərə rəğmən 23 il taxtda qalması əslində möcüzə idi. Lakin bütün çatışmazlıqlarına rəğmən Nikolayın müsbət cəhətləri də az deyildi. Müasirlərindən fərqli olaraq, biz Nikolayın məşəqqətli şəxsi həyatından xəbərdarıq. Onun bəzi səhvlərini bağışlamaq bizim üçün bəlkə də elə buna görə asandır. Bəzilərinin nəzərində Nikolay sadəcə bir əbləhdir, başqaları isə onu qandan doymayan bədheybət kimi təsəvvür edir. Lakin çoxlarının nəzərində o, məhdud imkanlar çərçivəsində mütərəqqi ideyaları həyata keçirməyə çalışan ədalətli hökmdar və qızıl qəlbli insan olaraq qalır.
ISBN:
2000201744633
Genre:
Bioqrafiya
Publishing house:
Teas Press Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Maykl Paterson
Pages::
345
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 2
Pros:
Kitabda müəllifin səhvlərinin düzəldilməsinə və kitabda qeyd edilməsinə görə redaktora təşəkkürlərimi bildirirəmmm💛🫰🏻.
Review text:
Mərhum çarın ölümünə görə onun həyatı mənə maraqlı gəldi və təsadüfi olaraq qarşıma çıxdığına görə kitabı aldım. Məncə,gözəl və maraqlı kitabdır. Əgər çar ailəsinin həyatı sizə maraqlı gəlirsə,oxumağa dəyər☺️
Similar products
Frequently bought together