Neonasistlər tərəfindən yandırılan və bir əməkdaşı öldürülən xəfiyyə bürosuna itkin düşmüş biznesmen barədə məlumat daxil olur. Sirr pərdəsinə bürünmüş bu hadisəni araşdırmaq ahıl xəfiyyə Tabor Züdenə həvalə edilir. Yanğın zamanı öldürülmüş həmkarının və intihar etmiş dostunun itkisi ilə barışa bilməyən Züden ağır depressiya keçirir. Amma biznesmeni tapmaq üçün əlindən gələni etməli, xəfiyyə bürosunun yenidən dirçəlişinə çalışmalıdır. İtkin düşən biznesmenin keçmiş sevgililəri nəyisə gizlədir.
Related products
Similar products
Same category
comments0
comments