E.L Club de Tango
Mən, Lalə Gözəlova, Klubun təsisçisi, uşaqlıqdan müxtəlif rəqslərlə (milli, müasir, bal rəqsləri, salsa və digər latin amerika rəqsləri) məşğul olmuşam. Məhz rəqs dərslərində daimi partnyorum və gələcək həyat yoldaşımla tanış olmuşam.
Müxtəlif rəqslərlə məşğul olmağıma baxmayaraq, 2012–ci ildə tanış olduğum Argentin Tanqosu ən dərin və dolğun rəqs olaraq, ən sevdiyim və hazırda daimi məşğul olduğu yeganə rəsq oldu. Bu rəqsi daha dərin öyrənmək üçün Argentina maestrolarından dərslər almağa başladıq.
2017-ci ilin sentyabr ayında E.L. Club de Tango rəqs klubu fəaliyyətə başladı. Klubun əsas məqsədi azərbaycan tanqo cəmiyyətinin genişləndirməsi və bizi beynəlxalq tanqo cəmiyyətinin bir hissəsi etməkdir. Klubumuzda rəqsin texnikasının dərin və incəliklərlələ öyrənilməsi ilə bərabər, tanqonun fəlsəfəsi, tarixi, mədəniyyəti və s. tədris edilir, beynəlxalq tanqo cəmiyyyətində tətbiq olunan tanqo etiketinə aid tanqo davranış qaydaları (CODİGOS) barədə seminarlar aparılır.
Tanqo ilə cəmiyyəti tanış etmək üçün klubumuz Yarat təşkilatının dəstəyi ilə beynəlxalq tanqo gününə həsr olunmuş tədbir təşkil etmişdir, yay mövsümündə bulvarda açıq havada tanqo tədbirləri (milonqalar) keçirmişik və hal-hazirdada hər həftə klubumuzda tanqo sevərlər üçün tanqo gecələrin təşkil etməyə davam edirik. Hər il Argentina Səfirliyi təşkilatçılığı ilə keçirilən Bakı Tanqo Festivalında 2018-ci ildən aktiv iştirak edirik. Yerli Festivallar ilə bərabər xarici ölkələrdə keçirilən festival və tanqo gecələrində (Gürcüstan, Türkiyə, İsrael, Ukrayna) iştirak etmişik. Həmçinin, klubumuzda dəvət etdiyimiz Gürcüstan və Türkiyə tanqo müəllimləri tərəfindən ustad dərsləri keçirilmişdir.