Əziz xanımlar!

Alinino.az satış platforması sahibkar xanımlara dəstək verir!

Azərbaycanda (kəndlər və şəhərlər daxil olmaqla) kiçik və orta bizneslə məşğul olan qadınlara öz məhsullarını Alinino.az saytında, ayrıca bölmədə satışa təqdim etmək imkanı yaradır. (https://alinino.az/collection/qadin-sahibkar)

Artıq evinizdən çıxmadan məhsullarınızı satmaq imkanınız var!

Bunun üçün Alinino.az saytında xüsusi bölmə - "Qadın sahibkar" - yaradılmışdır. Qadın sahibkarların istehsal etdiyi məhsullar və hazırladıqları əl işləri saytın bu bölməsində satışdadır.

Hazırda ölkənin 14 tanınmış və sevilən markaları ( "Resm", "ƏNTIQUE", "Azerbaijan in a Box", "Fleur Amore" və s.) Alinino.az-da öz məhsullarını müştərilərinə təqdim edir.

Alinino.az bu məhsulların satışından əldə olunan məbləği komissiya tutmadan sahibkar xanımın özünə çatdırır. Üstəlik, məhsulun ünvandan alınaraq müştəriyə çatdırılmasında kuryer xidmətini də Alinino.az öz üzərinə götürür.

Alinino.az Azərbaycanda - həm Bakı, həm də bütün bölgələrdə fəaliyyət göstərən qadın sahibkarlara səslənərək onları əməkdaşlığa dəvət edir.

Əgər siz də öz biznesinizi genişləndirmək, sahibkarlıq fəaliyyətinizi daha da irəli aparmaq niyyətindəsinizsə, o zaman Alinino.az sizə dəstək olmağa, məhsullarınızı təmənnasız olaraq satışa təqdim etməyə hazırdır.

 

Əməkdaşlıqla bağlı bizə yazın:

info@alinino.az