Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart
−5%

10 dekabr. Povest və hekayələr

Publishing house: Teas Press Nəşriyyatı
Author: Corc Sanders
SKU: 9789952310306
Unit of measurement: pcs.
9.50 AZN
10 AZN
Savings 0.50 AZN
Special online price
Out of stock

Corc Sanders müasir ABŞ ədəbiyyatında qeyri-adi dəsti-xətti ilə seçilən, əsərləri onlarla ədəbiyyat mükafatına layiq görülən, kitabları "New York Times"ın bestsellerlər siyahısına düşən qələm ustalarındandır. "Time" jurnalının rəyinə görə, "ingilisdilli ədəbiyyatda ən yaxşı, "ən yaxşılardan biri" yox, "güman ki, ən yaxşı" da yox, məhz "ən yaxşı" təhkiyə ustası Corc Sandersdir. Bəli, Sandersin sərrast müşahidəsi, incə yumoru neçə ildir ki, ədəbiyyat həvəskarlarının, ədəbi tənqidçilərin xüsusi diqqət mərkəzindədir. Bundan başqa, Sanders üçüncü şəxs kimi personajlarının fikrinə dalmaqla onların şəxsiyyətini açmağın böyük ustası sayılır. Yazıçı bundan ötrü bəzən primitivizm səviyyəsinə enməyə, bəzən mürəkkəb, qeyri-real fantastik mühitlər qurmağa hazırdır. Oxucu bu personajları iki baxış bucağından izləyir: obrazların daxili dialoqları vasitəsilə və onların beyninə "qonmuş" yazıçının təhkiyəsi vasitəsilə. Sanders konsyumerizmi, maniakal şoppinq azarını qamçılayır, ismarışlarını cəmiyyətə ən sadə yollarla göndərir. Yazıçının üslubu son dərəcə mütəhərrikdir. Onun hekayələri rəvan, birnəfəsə mütaliə vəd edir, çünki onlar obrazların öz fikirləri ilə ifadə edilib - insan isə öz düşüncələrində heç vaxt yersiz təfərrüatlara varmır. "10 dekabr" hekayələr toplusu bu mənada Corc Sandersin bəlkə də ən gözəl əsərlərinin çələngidir.

ISBN:
9789952310306
Genre:
Müasir nəsr
Publishing house:
Teas Press Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Corc Sanders
Pages::
350
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 1
CB
Cavid Babayev
Yazdığı 120 səhifəlik kitabı, "yox, mən minimalistəm" deyərək 20 səhifəyə endirən adam, əlbəttə ki, qısa hekayə ustası olacaq. Oxuyun!
4 / 5
5 stars 0 4 stars 1 3 stars 0 2 stars 0 1 star 0 No rating 0
Similar products
22.94 AZN 26.99 AZN
Sehrbaz
pcs.
12.74 AZN 14.99 AZN
Tehranda kitab dükanı
pcs.
16.92 AZN 19.90 AZN
Kağız saray
pcs.
8.49 AZN 9.99 AZN
Tatar çölü
pcs.
11.89 AZN 13.99 AZN
Onun gözləri
pcs.
11.04 AZN 12.99 AZN
Kreml sehrbazı
pcs.
12.74 AZN 14.99 AZN
Silkanın ömür yolu
pcs.
10.19 AZN 11.99 AZN
Zəvvarlıq
pcs.
5.09 AZN 5.99 AZN
Əsl ehtiras
pcs.
5.09 AZN 5.99 AZN
Əhvalat
pcs.
8.49 AZN 9.99 AZN
Mənə kömək et
pcs.
14.37 AZN 16.90 AZN
Buyruqlar
pcs.
16.99 AZN 19.99 AZN
Sarı Günəşin yarısı
pcs.
10.19 AZN 11.99 AZN
Yara
pcs.
11.89 AZN 13.99 AZN
Çempionlar üçün səhər yeməyi
pcs.
12.74 AZN 14.99 AZN
Dərviş və ölüm
pcs.
14.44 AZN 16.99 AZN
Güzgüdəki qadın
pcs.
9.34 AZN 10.99 AZN
Mənim payım
pcs.
9.77 AZN 11.49 AZN
Və dağlardan səda gəldi
pcs.
10.19 AZN 11.99 AZN
Parfümer
pcs.