“Abel Sançes” – Habil və Qabil hekayətinin Miqel de Unamunonun qələmində yenidən canlanması, iki uşaqlıq dostunun keşməkeşli həyat hekayəsi. Xuakin hər şeyi ürəyinə salan, dərdli, zəhmətkeş, Abel isə yaradıcı, xəyalata qapılmağı sevən, öz kefi ilə oturub-duran bir adamdır. Xuakin dəridən-qabıqdan çıxır, bütün mümkün vasitələrdən istifadə edir, amma uğur qazanan, insanların qəlbində özünə yer edən Abel olur. Günlərin bir günü Xuakin sevdiyi qızın Abellə evləndiyini eşidir. Bu xəbər onu dəli edir, paxıllıq, kin, həsəd Xuakini içəridən didib-parçalayır. O bu mərəzlə necə mübarizə apara biləcəyini bilmir, Tanrının onu əzəldən bədbəxt, talesiz yaratdığına inanır. Həsəd insanı hansı acınacaqlı hallara sala bilər? Böyük ispan yazıçısı, filosof Unamuno insan psixologiyasının qorxulu guşəsinin, amma bununla yanaşı, heç bir insanın sığortalanmadığı bu hissin ən ağlasığmaz tərəflərini göstərir.
ISBN:
9789952525229
Genre:
Klassika
Publishing house:
Parlaq İmzalar
Binding:
Yumşaq
Author:
Miqel de Unamuno
Pages::
160
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 1
Dostoyevski və Sveyq sevənlərin sevə biləcəyi möhtəşəm bir əsərdir .
Similar products
Frequently bought together