Aforizmlər” kitabı “Məşhurlar” silsiləsinə aiddir. Bu topluda dünyaca məşhur elm, sənət adamları, filosof və ədiblərin əsərlərindən seçmə aforizmlər yer alıb. Çağdaş Təkamül nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünası Çarlz Darvin, serb əsilli amerikalı ixtiraçı, fizika və elektrofizika üzrə mütəxəssis Nikola Tesla, psixoanaliz elminin banisi avstriyalı nevroloqist Ziqmund Freyd, qədim dövr Çin filosofu və mütəfəkkiri Konfutsi, danimarkalı filosof, teoloq, şair, yazıçı və ədəbi tənqidçi Soren Kirkeqor, fəlsəfə tarixində pessimist alim kimi tanınan alman filosofu, neoklassik fəlsəfə və irrasionalizmin ən önəmli simalarından biri Artur Şopenhauer, alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist Stefan Sveyq, ingilis yazıçısı, “Qürur və qərəz” romanı ilə dünya şöhrəti qazanan Ceyn Ostin, müasir dünya ədəbiyyatında simvolikası və özünəməxsusluğu ilə seçilən yazıçılarından biri Frans Kafka, marksist-inqilabçı və siyasətçi Ernesto Çe Gevara kimi dahilərin müxtəlif dövrlərdə yazdığı və səsləndirdiyi fikirlər aforizm həvəskarları üçün əsl tapıntıdır. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
ISBN:
9789952557008
Genre:
Aforizmlər
Publishing house:
Hədəf nəşriyyatı
Author:
Məşhurlar
Pages::
536
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together