“Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun (1866-1925) ən tanınmış publisist əsəridir. Rusiyada baş verən qanlı Oktyabr inqilabından sonra mühacirətə gedən Q.Petrov bu kitabı Serbiyada çap etdirmişdi. Kitab çap olunan kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanmış, təkrar-təkrar nəşr edilərək yayılmışdı. Kitabda Finlandiyanın Rusiyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə, burada təsvir olunan hadisələr bütünlüklə reallığı əks etdirmir, Q.Petrov Finlandiyanın timsalında geri qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoyur. Lakin Q.Petrovun bu əsərində, yarıreal-yarıutopik təsvirlərlə oxucuya təqdim olunan Finlandiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur. 1928-ci ildə türk dilinə çevrilən kitabla tanış olan Atatürk kitabı çox bəyənmiş, onun Türkiyənin məktəblərində, xüsusilə də, hərbi liseylərdə dərs vəsaiti kimi öyrədilməsi barədə əmr vermişdi.
ISBN:
2000249154630
Genre:
Müasir nəsr
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Qriqori Petrov
Pages::
200
language:
Azerbaijani
Метка:
Ekspress
Product availability:
есть в наличии
Product reviews 8
Qriqori Spiridonoviç Petrovu görkəmli ilahiyyatçı, ictimayi xadim kimi tanıyırdım. Amma müəllifi olduğu əsəri oxuyandan sonra. Petrovu yazıçı kimi də çox beyendim.
Superdir
Bu kitabin Ataturkun en sevimli kitabi oldugunu esitmisdim deye oxudum. Bilirdim ki, Ataturk deyirdi ki, butun mekteblerde bu kitab mutleq oxunmalidir. Oxuyandan sonra gordum ki, heqiqeten de mohtesem eserdir. Her kese oxumagi tovsiye edirem.
Oxudugum ən möhdəşəm əsərdir bir neçe il sonra dönüb birdə birdə oxuyacam
Vaxt itkisidir. Oxumağa dəyməz.
Salam.Çox razıyam xidmətivizdən.Mən neçə vaxtdı sizin xidmətdən istifadə eləyirəm hər şey normaldı.Amma bəzən pos-terminalla ödənişdə bilmirəm bilərəkdən ya bilməyərəkdən süni problemlər yaradırlar sizin kuryerlər.Bircə narazılığım ondandı.
oxumayan hec ne itirmez
Oxunmasi meslehetli kitabdir. Finlandiya nece oldu bu gun cox yuksek inkisaf etdi sualina cavabi kitabi oxuyaraq tapa bilersiniz.
Similar products
Frequently bought together