1937. ALJİR. Tarixin bu səhifəsinə ən güclü insani duyğular həkk olunub; doğmalarından zorla qoparılmağın dözülməz ağrısı, övladının, sevdiyi insanın aqibətinin məchulluğu... Bir günün içində əzizlərinə “xalq düşməni” damğası vurulmuş, hər şeyini itirərək qula çevrilmiş, təcavüzə uğrayan ziyalı qadınlar, analar... Qışda qarı, yayda qumu göyə sovuran səhra küləkləri, ucsuz-bucaqsız Qazaxıstan çölləri – Akmola düşərgəsi. Qəddar rejim kölələri və şəfqətli yerlilər. Ana qayğısından məhrum edilərək manqurtlaşdırılan körpələr...
Bütün bu dəhşətlər 1937-1938-ci illər ərzində Sovet ölkələrindən Qazaxıstanın Akmola düşərgəsinə toplanan 18.000-dən yuxarı qadının başına gətirilir. Bu qadınlardan 44 nəfəri azərbaycanlı idi; Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova və onlarla digər ziyalı qadın.
Tariximizin ən qaranlıq səhifələrindən olan ALJİR hadisəsi və yaşanan o faciələr yazıçı və tarixçi Ülviyyə Tahirin qələmi ilə arxiv sənədlər əsasında işıqlandırılır. Bu tarixi romanı oxuduqca Sovet hakimiyyətinin millətimizin kökünə çaldığı baltanın izləri bütün çılpaqlığı ilə gözlər önündə canlanır.
ISBN:
9789952849059
Genre:
Roman
Publishing house:
Parlaq İmzalar
Binding:
Yumşaq
Author:
Ülviyyə Tahir
Pages::
264
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 2
Aljir - Vətən xainləri'nin həyat yoldaşlarının saxlanıldığı, Akmol düşərgəsi 🥺. Oxuduqca qəhrəmanların başına gələn o dəhşəti, düşərgədəki ağır şərtləri iliklərinə qədər hiss edib, təsirlənməmək əldə deyil.
1937-il repressiyaları ilə bağlı dəyərli məlumatlar əks etdirən möhtəşəm bir əsərdir.
Similar products
Frequently bought together