Yazıçı-mütəfəkkir Əzizə Cəfərzadənin qələmə aldığı “Anamın nağılları” kitabında müəllifin qələmə aldığı nağıllar əsasən onun anasının vaxtilə söylədiyi, xalq yaradıcılığına, milli köklərə bağlı nağıl və əfsanələrdən ibarətdir. Məlumdur ki, nağılların əksəriyyəti, adətən, xoşbəxt sonluqla bitir. Ancaq sizə təqdim etdiyimiz bu nağılların heç də hamısının sonu gözlədiyimiz kimi deyil. Onların hər biri özünəməxsus şəkildə tamamlanır və burada hədəf xoşbəxt sonluqdan daha çox nağılların tərbiyəvi-əxlaqi məzmunudur.
Same category
comments1