Nitsşenin “Antixrist” əsəri xristianlığa xəstəlik, nacinsləşmənin əlaməti kimi baxan ilk fəlsəfi işdir. Mülahizələrini güclü dəlil-sübut bazası üzərində qurmuşdu. Antik dövrlərin, qədim yunan və qədim roma alimlərinin, filosof və hüquqşünaslarının möhtəşəm mirası xristian adeptləri tərəfindən məhv edilmiş, inkar olunmuş və unudulmuşdur. Bütün bunları qaytarmaq üçün əsrlər gərək oldu, çox şey isə əbədi itirildi. Nitsşenin xristianlığı dərk etməsində açar sözlər bunlardı: “Xristianlıqda nə əxlaq, nə din gerçəkliyin heç bir nöqtəsinə toxunmur”. Onun nəzərincə din – zəif insanın şəxsi fantaziya və yanlışlıqlar dünyasına sığınıb gizlənmək cəhdidir.
ISBN:
2000923378734
Genre:
Fəlsəfə
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Fridrix Nitsşe
Pages::
176
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 2
Suuper
Çox güclü fəlsəfi fikirlərlə dolu bir kitabdır. Dünyanı və dini dəyərləri fərqli bir prizmadan görmək istəyənlər mütləq oxumalıdır. Hər səhifəsi üzərində düşünməyə vadar edir.
Similar products
Frequently bought together