Mustafa Mahmudun «Ateist tanışımla söhbət» əsəri iman, ateizm, Allahın varlığı, yaradılış və insanın həyatdakı məqsədi kimi mühüm mövzulara həsr olunub.
Müəllif ateist dostu ilə apardığı müzakirələr vasitəsilə insanı düşünməyə, kainatın yaradılışı və varlığın mənası haqqında suallar verməyə dəvət edir.
İmanını möhkəmləndirmək, ateizmin irəli sürdüyü fikirlərlə tanış olmaq və bu mövzular üzərində düşünmək istəyən oxucular üçün maraqlı bir əsərdir.