“Avqust” Knut Hamsunun "Avqust" trilogiyasının ikinci romanıdır. Əsərin baş qəhrəmanı
Avqust xəyalpərəst və avantüristdir. Lakin təbiət ona insanların
etimadını qazanmaq kimi qeyri-adi bir istedad verib. Buna
görə də onun düşüncəsiz addımları ünsiyyətdə olduğu insanları
çox da qayğılandırmır. Hər kəsin gözündə bir xilaskar obrazında
canlanan Avqust qeyri-adi macəraları ilə oxucunu heyrətləndirir.
O, müasir dövrün parlaq nümayəndəsidir. Çox yerlər gəzib, çox
şeylər görüb, meşə salmanın, tütün yetişdirmənin, sıfırdan fabrik
qurmanın, bankın əsasını qoymanın üsullarını bilir. Yorulmaz optimist
və “novator”dur. Bu cür qəribə, içində “motor” olan adamlarsız
həyat doğrudan da maraqsız olardı. Lakin onun əməlləri ətrafdakı
insanlar üçün anlaşılmazdır.
Related products
Similar products
Same category
comments6