Monoqrafiyada Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təsisatları və hüquq institutlarının təşəkkülü və inkişafı öyrənilmişdir. Kitabda xırda şriftlərlə qeyd edilən və konkret faktlara əsaslanan nümunələr, məhz bəhs edilən məsələlərə dair oxucularda öz düşüncələrini formalaşdırmaq və mükalimə etmək imkanı yaratmaqla dialoq qurmaq məqsədi daşıyır. Monoqrafiyanın ayrı-ayrı paraqrafları ilə tanış olan oxucu, bəhs edilən məsələlərin həm tarixi, həm də hüquqi problemləri əhatə etməsi ilə rastlaşır. Dövlət və hüquq tarixinin tədqiqat obyekti olan bu məsələlərin geniş oxucu dairəsi üçün “darıxdırıcı” görünməsi anlaşılandır. Nəzərə almaq lazımdır ki, araşdırılan məsələlər dövlət-hüquq tarixinin öyrənmə predmeti və təyinatından irəli gələn səciyyəvi xüsusiyyətlərə əsaslanaraq təqdim edilmişdir.
Müəllif, monoqrafiyanın nəşr olunmasını məsləhət edən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Böyük Elmi Şurasına, Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinə, həmçinin kitabın elmi redaktoru və rəyçilərinə dərin təşəkkürünü bildirir.