Oxuculara təqdim edilən bu kitab professor Cəmil Həsənlinin uzun illər apardığı elmi axtarışların nəticəsidir. Əsər xronoloji baxımdan müəllifin on il nəşr olunmuş “Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959) monoqrafiyasının davamıdır. Kitabda ötən əsrin 60-cı illərində Azərbaycanda siyasi rəhbərliyin formalaşması, sosial-iqtisadi və mədəni həyatda baş verən dəyişikliklər, cəmiyyətin Stalinin şəxsiyyətə pərəstiş düşüncəsindən azad olunması, ədəbiyyat və sənətdə müşahidə edilən yeni meyllər, yaradıcılıq təşkilatlarında gedən proseslər və sair məsələlər əhatə edilmişdir. Monoqrafiya XX əsr Azərbaycan tarixinin Vəli Axundov onilliyini əhatə edir və bütün məsələlərə də bu kontekstdə yanaşılmışdır. Monoqrafiyanın hazırlanmasında müəllif Azərbaycan Respublikası və Rusiya Federasiyasının partiya, dövlət, hökumət sənədlərinin saxlandığı müxtəlif arxivlərin materiallarından geniş istifadə etmişdir. İlk dəfə elmi dövriyyəyə gətirilən çoxlu sayda nadir arxiv materialları araşdırmanı tənqidə dözümlü, müəllifin fikir və mülahizələrini etibarlı etmişdir. Kitab Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə məşğul olan mütəxəssislər, humanitar ixtisaslar üzrə təhsil alan tələbələr və yaxın keçmişimizin tarixinə maraq göstərən geniş oxucu dairəsi üçün nəzərdə tutulur.
ISBN:
9789952365399
Genre:
Tarix
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Hard cover
Author:
Cəmil Həsənli
Pages::
760
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 3
Yazar Sovet dövründə Azərbaycanda baş vermiş olan liberal fikirlərin formalaşması, inkişafı və təsirini ətraflı şəkildə araşdırır. Kitab, Sovet İttifaqı illərində Azərbaycanda liberal fikirlərin yayılması və həmçinin bu fikirlərin dövlət və cəmiyyətə təsiri ilə bağlı geniş bir müzakirə təqdim edir. Həsənli, dövrün sosial, siyasi və mədəni şəraitini təhlil edərək, o dövrdə Azərbaycanda liberalizmin formalaşmasında rol oynayan dəyişiklikləri və bunun nəticələrini izah edir.
Kitabın mövzusunu və tərtibatını çox bəyəndim.
Cəmil Həsənlinin Güney Azərbaycan haqqında yazılmış kitabını oxumuşdum, bəyənmişdim. Daha sonra digər kitablarını da oxumağa başladım. Müəllifin bu kitabı da özündə vacib məqamları və şəxsiyyətləri əks etdirir.
Similar products
Frequently bought together