«Babilin ən varlı adamı» – bu kitab, pulla necə davranmağın üsulunu öyrənmək istəyən, lakin iqtisadiyyat ədəbiyyatını oxumağı sevməyənlər üçün yazılmışdır. Müəllif müvəffəqiyyət qazanmağa can atanlara öz maliyyə imkanlarını planlaşdırmağı, pul qazanmağı, bunlardan qənaətlə istifadə etməyi və yığılmış var-dövləti artırmağı öyrədir.
Düşünülə bilər ki, axı burada yeni nə var? Yenilik isə ondan ibarətdir ki, o bunu, bütün süjet xəttini Qədim Babil tarixindən keçirdərək edir. Belə ki, Qədim Babil bu gün də aktual qalan əsas maliyyə qanunlarının beşiyi sayılır. Onun qəhrəmanları isə babilli tacirlər, peşə sahibləri, «bankirlər» və qeyriləridir.
Kitab sadə dillə yazılıb və olduqca oxunaqlıdır. Bu çox maraqlı bestsellerdə ən təkəbbürlü məqsədlərə çatmağın sirləri, müvəffəqiyyət və zənginliyin açarı gizlidir. Məşhur «Babil əfsanələri» milyonlarla oxucuya uğur və sərvət axtarışına ruhlanmağa kömək edib.
ISBN:
2000049537961
Genre:
Biznes
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Corc Kleyson
Pages::
176
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 1
Tərcüməçiyə xüsusi təşəkkür etmək lazımdır. Kitab o qədər axıcı idi ki, elə bildim öz dilində yazılıbmış kimi oxudum.
Similar products
Frequently bought together