“İrvin Yaloma heyran olmamaq mümkün deyil. İnsanlığın kədərini və sevincini usta bir romançı kimi yazmaqla yanaşı, həyatımızdakı xırda detalların əhəmiyyətini anlamağa kömək edir”. Cey Parini Dünya şöhrətli 87 yaşlı psixoterapevt İrvin Yalom ekzistensial psixologiyanın yaşayan ən nəhəng nümayəndəsi hesab olunur. Yalom yeni bir ədəbi janrın əsasını qoyaraq öz seanslarını, pasiyentlərlə keçirdiyi kritik anları ədəbi və axıcı bir dillə qələ- mə almışdır. Bunun nəticəsi olaraq onun kitabları dünya üzrə milyonlarla oxucu tərəfindən sevilə-sevilə oxunmaqdadır. “Birgünlük varlıqlar” kitabı ölüm qorxusu ilə üz-üzə qalmış, həyatının hansısa bir mərhələsində aldığı psixoloji travmadan sonra özünü tapa bilməyən şəxslərlə aparılan seanslardan ibarətdir. İllərlə üzərində çalışdığı bu kitabda Yalom həmin insanlara bu qaranlıq mövzudan çıxmağa, düşüncələrindəki düyünü açmağa kömək edir. Bu baxımdan kitab həm peşəkar psixoloqlar, həm də ümumi oxucular üçün çox faydalıdır.
ISBN:
9789952525083
Genre:
Psixologiya, özünüinkişaf
Publishing house:
Parlaq İmzalar
Binding:
Yumşaq
Author:
İrvin D. Yalom
Pages::
272
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together