Yevgeni Zamyatinin “Biz” romanı XX əsr antiutopik ədəbiyyatının ən gözəl nümunələrindən biridir. Hadisələr uzaq gələcəkdə, riyazi dəqiqliklə idarə olunan və insanların ad əvəzinə nömrələrlə adlandırıldığı Vahid Dövlət də cərəyan edir. Əsər İNTEQRAL kosmik gəmisinin baş mühəndisi D-503-ün gündəliyi şəklində qələmə alınmışdır. O, hər gün qeydlər apararaq öz cəmiyyətinin “mükəmməlliyini” gələcək nəsillərə çatdırmaq istəyir. Lakin İ-330 adlı sirli qadınla tanışlıq onun həyatını dəyişir, onda dövlətin xəstəlik kimi qəbul etdiyi ruh un və fantaziya nın oyanmasına səbəb olur. Sevgi, qısqanclıq, xəyal və azadlıq istəyi kimi hisslər D-503-ün daxili aləmində ziddiyyət yaradır və o, sistemlə fərdi “mən” arasında qalır.
“Biz” romanında şüşə divarlarla əhatələnmiş şəhər, riyazi qaydalarla tənzimlənən həyat və “Fantaziya əməliyyatı” kimi motivlər vasitəsilə totalitarizmin insan psixologiyasına təsiri göstərilir. Əsər fərdiyyətlə kollektivizm, azadlıqla təhlükəsizlik, ağıl ilə duyğu arasındakı qarşıdurmanı fəlsəfi müstəvidə təqdim edir.
Bu əsər özündə Sovet Rusiyasının 1920-ci illərindəki cəmiyyətinə dair dərin tənqidlər ehtiva edir. Biz romanı sonralar yazılmış Cəsur yeni dünya və 1984 kimi məşhur distopiya əsərlərinin ilhamvericisi sayılır. Zamyatin yazdığı bu əsərlə dövrünün siyasi hakimiyyətinə qarşı həm fikir, həm də sənət sahəsində etirazını bildirib.
ISBN:
9789952859843
Genre:
Klassika
Publishing house:
Çardaq Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Yevgeni Zamyatin
Pages::
264
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products