«Bloqer» Niyazi Mehdinin ikinci romanıdır. Onun
«Altay və Umay» əsəri kimi «Bloqer» də düşüncələrində,
yaşam tərzində «modern gənclər» kateqoriyasına düşən
gənclərin dünyasını işıqlandırır. Yazar bu gənclərin sevgi
macəralarından, düşüncə konfliktlərindən səhnələr
canlandırır ki, ədəbiyyatımızda Azərbaycan insanı yeni
palitrada görünsün. «Bloqer»də personajlar ləhcə, deyim
tərzləri ilə portret özəlliklərini qazanmırlar. Hamı
intellektual ədəbi dildə danışır. Yazar hesab edir ki,
Azərbaycan nəsri bu üslubu da mənimsəməlidir. Oxucu
isə bu üsluba öyrəşib onu ədəbiyyata yad saymamalıdır.
Related products
Similar products
Same category
comments6