“Bütün ingilis dünyası Dikkensi sevir; 19-cu əsrdə dünyanın heç bir yerində yazıçı ilə onun xalqı arasında bu dərə-cədə dərin qəlbi bağlılıq olmayıb. Bu məşhurluq bir fişəng kimi qəfil partlamış, ancaq heç vaxt sönməmişdir. Dikkens günəş kimi daim dünyaya öz şəfəqlərini saçacaq”. Ştefan Svayq Dikkens uşaq yaşlarında səfil həyat tərzi sürüb. Bu iztirablı tale onun bütün yaradıcılığında əks olunub. Onun qəh-rəmanlarının əksəriyyəti kasıb, köməksiz, yetim uşaqlardır. Ancaq o bu sadə uşaqların içindəki burjuaziya tərəfindən aşağılanan təmiz hisslərini ədəbiyyata çevirməyi bacararaq üstündəki tozu təmizləyib cilaladı və ortaya ulduz kimi parlaq, əsrarəngiz əsərlər çıxardı. Böyük yazıçının səmadakı ulduzlarından biri də onun “Böyük ümidlər” romanıdır. Mükəmməl süjet xətti, yaddaş-lardan silinməyən qəhrəmanları ilə bütün dövrlərdə oxunan bu roman dünya klassikasının bənzərsiz nümunələrin-dən hesab olunur. Əsər 7 yaşlı Pipin ağrı-acılı taleyindən bəhs edir. Dikkens bizə Viktoriya dövrünün bütün o nostalji və qrotesk ab-havasını, əxlaq kanonlarını, insan psixologiyasının dərin qatlarını öz yaradıcı təxəyyülündə yoğurub Pipin “böyük ümidlər”i fonunda təqdim edir. Oxucu elə ilk fəsillərdən həyəcanlı bir macəranın içinə daxil olur, ehtiraslı bir maraqla hadisələrin necə bitəcəyini bilmək istəyir. Bir sözlə, Ç. Dikkens “Böyük ümidlər” əsəri ilə həm oxucuların, həm də yazıçıların qəlbini fəth etməyi bacarıb.
ISBN:
9789952525144
Genre:
Klassika
Publishing house:
Parlaq İmzalar
Binding:
Yumşaq
Author:
Çarlz Dikkens
Pages::
704
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together