Çağdaş Azərbaycan tarixi və ədəbiyyatı kitabı Məhəmməd Əmin Rəsulzadə tərəfindən yazılmışdır. Azərbaycan xalqının böyük oğlu, dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə həm də görkəmli alim, tarixçi, ədəbiyyatşünas olmuşdur. Təəssüf ki, onun zəngin elmi irsindən oxucularımız hələ də xəbərsizdirlər. Bu kitabda M.Ə.Rəsulzadənin iki əsəri yer almışdır: “Çağdaş Azərbaycan tarixi”, “Çağdaş Azərbaycan ədəbiyyatı”. Kitab XX əsrin əvvəllərindən başlamış 50-ci illərə qədər Azərbaycanın siyasi, iqtisadi, mədəni vəziyyətindən bəhs edir.
comments0
comments