Con Menin “Çingiz xan” romanını tarixi roman janrında yeni cığır, hətta novatorluq adlandırmaq olar. Yazıçı özündən əvvəl bu janrda möhtəşəm əsərlər yaradan sələf-həmkarlarından fərqli olaraq uzun-uzadı təsvirlərə, dialoqlara yer verməyib, əsasən arxiv materialları ilə işləyib, romanda sözü gedən coğrafi məkanlara baş çəkib, tarixi yerləri şəxsən görüb.
Bundan başqa, Con Men 850 il əvvəl baş vermiş əhvalatların epik təsvirindənsə, tarixi hadisə və proseslərin təhlilinə üstünlük verib. Bu zaman o, öz üzərinə bitərəf araşdırmaçılıq vəzifəsi götürüb və bu işin öhdəsindən uğurla gəlib.
Romanı oxuyanda Çingiz xanın şəxsiyyətinə müəyyən rəğbət elementləri sezmək də mümkündür. Ancaq yazıçı böyük fatehin dövründə bilavasitə onun əmri ilə törədilmiş qırğınlardan, hətta müasir dövrdə genosid siyasətindən, bəşəriyyətə qarşı cinayət sayıla biləcək hadisələrdən də bəhs edib. Sadəcə, bu zaman o, həmin hadisələrə tarix kontekstindən yanaşıb.
Qədim və müasir monqolların Çingiz xanın şəxsiyyətinə pərəstiş etmələrinin səbəbi əsərdə məntiqli bir şəkildə açılıb.
Müəllif 15 yaşlı bir əsir uşağın xoş təsadüf və öz fərasəti nəticəsində əsirlikdən qurtularaq necə dünya fatehinə çevrilməsini, Koreya yarımadasından tutmuş Macarıstana qədər nəhəng bir ərazidə qurduğu imperiyaya rəhbərlik etməsini bütün müsbət və mənfi cəhətləri ilə birlikdə təsvir edib.
Bu baxımdan “Çingiz xan” əsəri müvafiq mövzuda yazılmış minlərlə əsər içində öz layiqli yerini tutur və bu möhtəşəm roman dünya şəxsiyyətlərinin həyatı ilə maraqlanan oxucular üçün əvəzsiz əsərdir.
ISBN:
2000003594634
Genre:
Bioqrafiya
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Carton
Author:
John Man
Pages::
512
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 2
Sifariş etdiyim kitablar çox qısa müddətdə gəldi. Paketləmə möhkən idi. Əzilməyib kitablar. Sağ olun.
tercumeler cox asagi seviyyededir.Alininodan bir nece kitab almisam.tercume sifir ve bundan elave kitabin originallari ile Azerbaycan dilinde tercume olunan kitablarda ferq var bezi cumleler sozler cixardirlar. buna herb seneti(voennie iskustva).napaleon.misal getire bilerem,umumyetle yaxsi kitablari rus dilinde oxumagi meslehet bilirem
Salam. Tərcümə işini biz deyil, nəşriyyatlar həyata keçirir. Biz sadəcə satışı reallaşdırırıq. Oxucu kimi rəyinizi, təklif və tələblərinizi nəşriyyatlara yönləndirməyiniz tövsiyyə olunur.
alinino.az, 11.04.2020 в 14:35
Similar products
Frequently bought together