“Cip və Yanika” kitabında holland yazıçısı Anna Şmitin 1953-1960-cı illərdə uşaqlar üçün yazdığı əlliyə yaxın hekayə toplanıb. Ayrı-ayrı hekayələrdən ibarət olsa da, bu, vahid süjetli bütöv bir əsər təsiri bağışlayır. Əsərin əsas qəhrəmanları Cip adlı oğlan və Yanika adlı qızdır. Onlar hələ məktəbə getmirlər, çünki beş yaşları var. Ciplə Yanika qonşudular. Bir yerdə oynayır, yeməyi də çox vaxt bir yerdə yeyirlər. Hərdən mübahisə edir, dalaşıb küsüşürlər, sonra yenə birlikdə oynayırlar. Bəzən də oyuna o qədər aludə olurlar ki, üst-başları tamam islanır, palçığa bulaşır. Başqa analar kimi, onların da anaları deyinə-deyinə çirkli paltarları dəyişməli olurlar.
Əksər uşaqlar kimi, Ciplə Yanika da səhər yeməyi vaxtı sıyıq yemək istəmirlər. Onlar da şirniyyatı sevir, çox şirniyyat yeyib xəstələndikləri də olur. Yarım əsrdən artıq bir vaxt ərzində “Cip və Yanika” holland uşaqlarının dilindən düşmür. Kitab bir çox dünya xalqlarının dilinə çevrilib, özgə xalqların uşaqları da bu kitabı böyük maraqla oxuyurlar. Heç şübhəsiz, “Cip və Yanika” kitabı azərbaycanlı uşaqların da xoşuna gələcək.
ISBN:
9789952364927
Genre:
Uşaq ədəbiyyatı
Publishing house:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Anna Şmit
Pages::
142
language:
Azerbaijani
Series:
Dünya Uşaq Ədəbiyyatı
Метка:
Ekspress
Product reviews 1
Çox maraqlı və yumor hissi ilə yazılmış hekayələr var bu kitabda,qızıma hədiyyə olaraq aldım çox sevdi.Məncə hər bir uşağın mütaliə etməsi üçün belə kitabları olmalıdır.
Similar products
Frequently bought together