Cart is empty
Publishing house: Qanun Nəşriyyatı
Author: Alber Kamu
Free delivery in Baku
ISBN: 2001151374635

“Çöküş” böyük fransız yazıçısı, Nobel mükafatı laureatı Alber Kamyunun çap edilən son romanıdır. Romanın süjeti günah və günahsızlıq, azadlıq və insan varlığı kimi məsələlər  kontekstində inkişaf edir. Bütün bu təsvirlərin, mühakimə və mülahizələrin son nəticəsi odur ki, həyat absurddan başqa bir şey deyildir. Yazıçı bu məsələləri şüur axını metodundan istifadə edərək şərh edir. O dövrün başqa bir böyük ədibi Jan-Pol Sartrın fikrincə, “Çöküş” Kamyunun ən anlaşıqlı və ən gözəl romanıdır.
“Çöküş” romanını Kamyunun şah əsəri olan “Ya­bançı”nın davamı kimi də oxumaq mümkündür. “Çöküş”də insan malik olduğu bütün dəyərləri itirir və öz içinin dərinliyinə çökür. Onun bütün hissləri, beynini yoran düşüncələri XX əsrdə mövcud olan əxlaq, mənəviyyat prinsipləri ilə üzbəsurət, heç bir elementi gizlədilmədən ortaya gətirilir. O dərəcədə ki, insan özü-özündən iyrənir. Romanda əsas məqam – keçmiş vəkil Klamansın yağışlı bir gecə özünü göz yaşları içində körpüdən atan qızı seyr etməsi mətnin bütün künc-bucaqlarını işıqlandırır. Həyat, ölüm, varlıq, günah, azadlıq... kimi anlayışlar bir anda bütün mənasını itirir. Bu zəmanədə ən rahat yaşayan adamlar özlərinə süni həyat qurmuş fərdlərdir. Bax bu – XX əsrin, insan həyatının ən böyük qüsurudur. 

Article: 2001151374635
Genre: Классика/Klassika
Publishing house: Qanun Nəşriyyatı
Binding: Yumşaq
Author: Alber Kamu
Pages:: 160

comments0

comments

Similar products

Yumşaq
Albert Kamü
20%
7 AZN
5.60 AZN
Yumşaq
Alber Kamu
20%
5.99 AZN
4.79 AZN
Paperback
Knut Hamsun
20%
3.90 AZN
3.12 AZN
One click buying (only for orders in Baku)