Antologiyanın böyük hissəsi — ilk dəfə olaraq Azərbaycan türkcəsinə çevrilmə 60-dan çox məqalə oxucuları çoxluğun mütləq hakimiyyətinə söykənən antik demokratiyadan başlayaraq, müasir demokratiyaya – çoxluğun hakimiyyətini insan hüquqları ilə məhdudlaşdıran liberal demokratiyayaqədərki demokratik sistemin keyfiyyət inkişafı ilə tanış edir. Bundan əlavə, toplu demokratiyanın məkanca inkişafını – antik şəhər-dövlətlərdən üzü bəri Avropanın millət-dövlətlərinə, oradan da cizgiləri artıq bu gün beynəlxalq qurumlar timsalında aydın sezilən gələcək ümumbəşər hökumətinə doğru uzanan yolunu izləməyə imkan verir.
Kitaba başlıca olaraq Amerikadakı, Qərbi və Şərqi Avropadakı demokratiyanın problemləri haqqında materiallar daxil edilmişdir; burada Azərbaycandakı demokratiyanın problemləri barədə beş məqalə də vardır ki, onlar ayrıca fəslə ayrılmayaraq, digər materialların arasında xronoloji qaydada düzülməklə bütün dünyada gedən demokratik prosesin vahid təbiətini əyani nümayiş etdirir.
Bununla belə, demokratiyanın tərkib hissəsi olan insan hüquqları mövzusu ilə daha əsaslı tanış olmaq istəyənlər üçün antologiyada “İnsan hüquqları bəşəriyyətin başlıca ideyasıdır" essesi təqdim olunmuşdur ki, bu material lazım gəldikdə ictimai fənn müəllimləri və ali məktəb tələbələri üçün dərs vəsaiti rolunu oynaya bilər...
ISBN:
2001165034631
Genre:
Hüquq
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Hikmət Hacızadə
Pages::
464
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 1
Mənim üçün ən yaxşı istirahət - kitab oxumaqdır. Buna görə boş günlərimi əldən verməyib, maraqlı əsərlər sifariş etdim. Bu metodu mütləq denəyin, dostlar!
Similar products
Frequently bought together