Lüdviq Vitgenşteyn özünə qarşı çıxaraq “düşünmək” üçün yeni bir cığır aça bilən filosof idi. O, cəbhədə olarkən öz hərbi çantasında ilk böyük əsərinin – “Məntiqi-Fəlsəfi Traktat”ın qeydlərini, XX əsrin ən nüfuzlu düşüncələrini çiyinləri üzərində daşıyırdı. Vitgenşteynin düşüncələrinin dərinliklərinə dalanda insan öz təəccübünü gizlədə bilmir. Cəsarətlə iddia etmək olar ki, Vitgenşteyn, Bertrand Rasselin sözü ilə desək, bu düha mücəssəməsi XX əsrdən XXI əsrə qədəm qoyaraq olduqca aktual fəlsəfi mövzuları önə çəkən yeganə filosofdur. O da bəzi mütəfəkkirlər kimi öz zəmanəsini qabaqlamışdı. Buna görə də öz tənhalığında daima axtarışda idi. Bu günün mötəbər akademik mərkəzləri yekdil şəkildə qəbul edirlər ki, dövrümüzün indiki bilik durumunun formalaşdırılmasında əhəmiyyət daşıyan dünya tarixinin beş böyük mütəfəkkiri arasında Vitgenşteyn Aristotel, Platon, Kant və Nitsşedən sonra beşinci yerdə dayanır.
ISBN:
9789952831863
Genre:
Fəlsəfə
Publishing house:
Parlaq İmzalar
Binding:
Yumşaq
Author:
Surruş Dabbağ
Pages::
176
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together