Dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoyun dini baxışları ilə bağlı bir-birini təkzib edən müxtəlif fikirlər səslənir. Onun qatı inanclı pravoslav olduğunu deməkdən tutmuş, ateist və ya başqa dinlərdən birinə etiqad etməsinə qədər, fərqli və dolaşıq sözlər danışılır. Bəs əslində Tolstoyun dinə münasibəti necə olmuşdur? Əlbəttə, bu məsələyə aydınlıq gətirmək üçün ən etibarlı mənbə Tolstoyun dinlə bağlı yazdığı çoxsaylı əsərləridir. Oxuyacağınız kitabda Tolstoyun dini baxışlarını açıqladığı əsərlərindən, nisbətən yığcam və xarakterik olanlarını seçib ayıraraq, oxucuların mühakiməsinə verməyə çalışmışıq. İnanmaq istərdik ki, bu kitab Tolstoyun dinlə bağlı olan özünəməxsus və orijinal düşüncələrinin öyrənilməsinə yardımçı olacaqdır.
ISBN:
2001128794633
Genre:
Klassika
Publishing house:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Lev Tolstoy
Pages::
144
language:
Azerbaijani
Series:
Qırmızı Klassika
Метка:
Bestseller, Ekspress
Product availability:
есть в наличии
Product reviews 2
Lev Nikolayeviç Tolstoyun bədii əsərlərini çox oxumuşdum. Yazıçının dinə olan münasibətini, inancını da bu kitabından öyrənmiş oldum.
Tolstoyun bədii əsərlərini anlamaq istəyən bu publisistik yazılarını da oxumalı. Xristianlığın İsadan uzaqlaşdığını, mənəvi içəriyi olmayan rituallara çevrildiyini anlatır.
Similar products
Frequently bought together