Bu kitabda ilahiyyat sahəsinə dair bəzi qeydlərimi və məqalələrimi bir yerə toplayaraq iki əsas hissəyə böldüm: birinci hissədə – ilk səkkiz mövzu – rasional-teoloji metoddan çıxış edərək “din”, “dindarlıq” və “dinşünaslıq” sahələrinə aid bəzi görüşlərimdən söz açdım, ikinci hissədə isə – son yeddi mövzu – eyni metoddan çıxış edərək bir neçə önəmli dini mövzu ilə əlaqədar məqalələrimi yerləşdirdim. Yekun olaraq, kitab 15 mövzudan ibarət oldu. Kitab boyu izlədiyim metod – rasional-teoloji metoddur. Bu metod həm ağıla, həm də dini mətnə eyni dərəcədə söykənən bir metoddur; nə ağılı mətnə qurban verir, nə də mətni ağıla. Qeyd olunan metod ağılmərkəzli olduğuna görə rasional, mətnmərkəzli olduğuna görə isə teoloji hesab olunur. Rasional-teoloji metodu bir tərəzi kimi təsəvvür edə bilərsiniz. Belə ki, bu tərəzinin bir gözündə “ağıl” durursa, digər gözündə “mətn” durur. İnsan, zənnimcə, o zaman dini düzgün anlaya bilər ki, bu tərəzinin hər iki gözünü tarazlaşdıra bilsin. Əks halda, birinin o birindən ağır gəldiyindən dini anlayarkən təhrifə yol vermiş olacaq. Qənaətimcə, ilahiyyat sahəsi ilə bağlı məntiqi baxımdan müdafiə edilə bilən oxunuş – ağıl və mətnin tarazlaşdırılmasından doğan oxunuşdur
Genre:
Din
Publishing house:
Parlaq İmzalar
Binding:
Yumşaq
Author:
Emin İmanlı
Pages::
200
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products