İslam tarixi boyu imamət mövzusu bir çox müzakirələrə, hətta mübahisələrə də səbəb olmuşdur. Əksər hallarda mübahisələr “imam” məfhumunun düzgün izah olunmamasından yaranıb. Mürtəza Mütəhhəri “İmamət anlayışı” kitabında “imam” sözünün bir neçə mənasının olduğunu qeyd edir. Müəllifə görə, bu sözün üç əsas mənası var: cəmiyyətə rəhbərlik, canişinlik və vilayət. Məzhəblər arasındakı fikir ayrılığı da məhz bu yanaşmadan doğur.
Peyğəmbərin vəfatından sonra müsəlman cəmiyyətində bir çox suallar yarandı. Müsəlmanlara kim rəhbərlik etməlidir? Bu rəhbər ilahi təyinatla, yoxsa şura ilə seçilməlidir? Mürtəza Mütəhhəri bu tipli mühüm suallara obyektiv cavablar verməyə çalışaraq “imamət” anlayışı ətrafında yaranan şübhələrə aydınlıq gətirir.
Kitaba müəllifin “Vəlalar və vilayətlər” adlı çıxışı da əlavə edilib. Mürtəza Mütəhhəri burada vəlanın müxtəlif növlərini qeyd edərək müsbət vəlanın insanın mənəvi cəhətdən inkişafında necə mühüm yer tutduğunu izah edir.
ISBN:
2009873045895
Genre:
Din
Publishing house:
İrşad nəşriyyatı
Binding:
Yumşaq
Author:
Mürtəza Mütəhhəri
Pages::
244
language:
Azerbaijani
Метка:
Ekspress
Weight, gr:
350
Product reviews 1
Çox maraqlı idi, oxuyarkən qəlbimə toxunan sözlər oldu. Özümü daha yaxşı dərk etdim, düşünməyə vadar etdi.
Similar products