Şotlandiyalı yazar Ken Follettin “Dünyanın dayaqları” tarixi romanı 1989-cu ildə dərc olunub və əsərdə İngiltərənin müəllif tərəfindən uydurulmuş Kinqzbric adlı şəhərində kafedral kilsə tikintisindən bəhs edilir. On ikinci yüzillikdə baş verən hadisələr “Ağ gəmi”nin batması nəticəsində İngiltərə taxt-tacının varisi Tomas Beketin ölümüylə başlayır, ancaq diqqət daha çox anarxiya üzərində cəmləşdirilir. Romanda əski Romanesk memarlığından Qotik memarlığına keçid mərhələsi təsvir olunur və dövrün qanla, savaşla dolu tarixi hadisələri fonunda Kinqzbricin bəxti gətirmiş olur: nəhəng kilsə tikintisi bu şəhərə çoxlu insan cəlb edir. Oxucu bütün əsər boyu yoxsul bənnanın iş tapmaq üçün öz ailəsiylə birlikdə çıxdığı ağır səyahəti, yolda başına gələn macəraları və nəhayət, kiçik Kinqzbric qəsəbəsində məskən salaraq, nəhəng kilsənin tikintisində iştirakını izləyir. Yoxsulların ağır, məşəqqətli həyatı, onların fonunda qrafların və yüksək titullar daşıyan din xadimlərinin var-dövlət uğrunda apardığı intriqalar, ixtilaflar oxucunu əsərin sonuna kimi həyəcanda saxlayır.
ISBN:
9789952380118
Genre:
Tarixi roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Ken Follett
Pages::
896
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 4
Oxuxuları salamlayıram, tarix oxumağı sevənləri özəlliklə salamlayıram! Bu kitabı məndə oxudum. Orta əsrlərin mürəkkəb cəmiyyət quruluşu, insanların qarşılaşdığı çətinliklər o qədər ustalıqla təsvir olunub ki, hər anı nəfəsimi tutaraq izlədim. Əsərin personajları o qədər real və canlı idi ki, özümü onların arasında hiss edirdim. Sanki tarix dərsi deyil, həyat dərsi aldım. Mütləq oxuyum!
Bu kitabı oxumaq məni tarixin dərinliklərinə aparıb. Tarixi hadisələr çox maraqlı şəkildə təqdim olunub və əsər çox axıcıdır.
Ken Follettdən oxuduğum ilk kitab oldu. Yazarın tərzi və dili çox xoşuma gəldi.
Maraqlı kitabdır. Təşəkkürlər.
Similar products
Frequently bought together