“Dünyanın ən cəsur dənizçisi” Ada adlı balaca bir qızdan bəhs edir. Ada həmişə dənizdən qorxub və heç vaxt başqa şəhərlərdə, başqa yerlərdə olmayıb. Bir gün dənizdən
qayıdan qoca bir dənizçi uşaqlara dənizlərin ta axırında tapılan bir eliksirdən bəhs edir. Adadan başqa heç kəs bu əhvalata inanmır. Amma Ada qarşısına bir məqsəd qoyur:
mütləq o eliksiri tapmalıdır. Bəs görəsən, Ada dəniz qorxusuna qalib gələ və eliksiri tapa biləcəkmi?