Dostoyevskinin bu əsəri ilk dəfə 1870-ci ildə “Zarya” jurnalında dərc olunub. Əsərin əsas mövzusu Velçaninovla onun mərhum sevgilisinin sonradan evləndiyi Pavel Pavloviçlə olan qarışıq münasibəti üzərində qurulub. Pavel Pavloviç mənəviyyatca zəif, arvad sözüylə oturub-duran, müəllifin təbirincə desək, işi-peşəsi yalnız kiminsə “əbədi ər”i olmaqdan ibarət olan bir obrazdır. Kitabın əsas tragik qəhrəmanı isə balaca Lizadır. Əslində atası bildiyi Pavloviç qıza hər baxışında arvadının onu başqa kişiylə necə aldatdığını xatırlayır.
ISBN:
2001128744638
Genre:
Klassika
Publishing house:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Fyodor Dostoyevski
language:
Azerbaijani
Series:
Qırmızı Klassika
Метка:
Bestseller, Ekspress
Product availability:
есть в наличии
Product reviews 3
Əsərdəki hər detal böyük mənalar daşıyır. Oxuduqca dərinliyini hiss edirsən.
Dostoyevskinin bu əsəri insan münasibətlərinin ən mürəkkəb tərəflərinə toxunur. Əsas qəhrəmanın keçmiş sevgilisi ilə qarşılaşması, onun yeni həyatına müdaxiləsi və keçmişdəki hisslər oxucuya insan psixologiyasının dərinliklərini göstərir. Kitabda sevgi, nifrət, qısqanclıq və bağışlama kimi emosiyalar o qədər incəliklə yazılıb ki, hər kəs öz həyatında oxşar bir vəziyyət tapa bilər məncə. Dostoyevski bu əsərlə biz oxuculara yalnız bir hekayə deyil, həm də həyat dərsi verir. Bir sözlə desək oxumağa dəyəcək əsərdir.👍🏻👍🏻
"Əbədi Ər" əsərində Pavel Pavloviçin həyat yoldaşının xəyanətindən sonra yaşadığı iztirab əsərin əsasını təşkil edir. O, özünə qarşı qəzəblidir, ancaq eyni zamanda hələ də yoldaşına qarşı sevgi hiss edir. Çoox-çoox təsirli həyat hekayəsidir. Oxumamısınızsa, oxuyun! Mənimlə razılaşacaqsınız, əminəm.
Similar products
Frequently bought together