“Əclaflıq etmə” kitabı iş yerlərində rast gəlinən psixoloji və fiziki şiddət, təqib, kobudluq kimi arzuolunmaz davranışlardan bəhs edir. Müəllif iş yoldaşlarına qarşı kobudluq nümayiş etdirən bu insanları “əclaf” adlandırmaqla kifayətlənmir, hətta onları “müvəqqəti” və “sertifikatlı” “əclaf”lara ayırır.
Robert Satton “əclaf”ları tanımağın yollarını oxucularla bölüşməyi də unutmur. Lakin ətrafımızdakı “əclaf”ları tanıyıb, onlarla dil tapmaqla iş bitmir. “Daxilimizdəki yaramaz”ın öhdəsindən vaxtında gələ bilməsək, özümüz də “potensial əclaf”a çevrilə bilərik.
Müxtəlif sahələrdə çalışan insanlar arasında aparılmış sorğunun nəticəsinə görə, hansı sahədə işləməyimizin, kişi və ya qadın, müdir və ya işçi olmağımızın fərqi yoxdur, onsuz da hamımız işlədiyimiz müddət ərzində heç olmasa bir dəfə “əclaf”la rastlaşırıq.
ISBN:
9789952368826
Genre:
Psixologiya, özünüinkişaf
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Robert Satton
Pages::
208
language:
Azerbaijani
Метка:
Bestseller, Ekspress
Product reviews 6
İçindəki metodlar çox faydalıdır. Hər kəsin kitabı oxuyaraq özünü kəşf etməsini tövsiyə edirəm.
Kitab mənim düşüncə tərzimi dəyişdi. Özümü və digərlərini daha yaxşı başa düşürəm. Mütləq oxumağa dəyər.
Kitabı çox bəyəndim. Təşəkkürlər.
👍👍👍👍Əla çatdırılma xidməti! Sifarişimi iki gün sonra Mingəçevir şəhərində təslim aldım.
Robert Satton bu kitabında günümüzdə yaşanan prablemlərə çox gözən işiq salıb. Kim deyə bilərki, mən işlədiyim yerdə ''əclaflarla" rastlaşmamışam? Kitabın ən böyük üstünlüyü odur ki, "əclaflıq" edən insanlar hansı xarakterdə olur? Biz, olarla necə dil tapmalıyıqsa onu oxucuya aydın formada izah edir.
Mədəni iş yeri yaratmaqdan ötrü yaxşı kitabdır. Kitabda bir çox şirkətin bu prinsiplərdən istifadə edərək iş yerlərində mədəni mühit yaratmağına nail olublar
Similar products
Frequently bought together