Bu kitab ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Dünyanın 33 dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilib. Əksər avropa ölkələrində ƏSRİN ROMANI kimi dəyərləndirilib.
Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.
Tarixin təlatümlü hadisələri fonunda Müsəlman Əli və Xristian Ninonun məhəbbət hekayəsi heç bir oxucunu laqeyd qoymayacaq.
"Cəlbedici və gözəl tarixdir... Canlı baxış, mədəniyyətlərin toqquşması və ölməz məhəbbət" The Times
"Ölməz şedevr... Bədii ədəbiyyatda buna oxşar heç bir məhəbbət tarixiniz xatırlaya bilmirəm". The Washington Post
Sevgi dolu bir hekayə idi. Qəhrəmanların arasındakı münasibətlər çox təsirli və real təsvir edilmişdi.
Sevinc
24.04.2024 в 23:12
Kitab, mənim sevgi anlayışımı zənginləşdirdi və mən oxuduqca çox təsirləndim.
Aygün
28.03.2024 в 14:06
Romanın qəhrəmanları o qədər dərinlikli idi ki, onların hisslərinə və həyat təcrübələrinə həssaslaşdım.
Rəhimə
19.03.2024 в 20:48
Klassik ədəbiyyatın əsərlərində insanın mədəni irsi, dini və sosial fikirləri haqqında daha dərin bir anlayış qazanmaq mümkündür.
İlkin Kerimli
14.12.2023 в 12:28
Bizim evimizde masa ustu kitaba cevrilib. Yoldasimda oxuyur mende oxuyuram. Her oxucuya oxumagi meslehet goruruk.
Vüsalə
11.12.2023 в 15:29
Oxuduğum ən mükəmməl və heç vaxt unutmayacağım əsərdir ❤️❤️❤️😍😍😍
Simuzər
10.12.2023 в 16:54
Qurban Səidə minnəttaram belə əvəz olunmaz roman oxuduğum üçün. ❤️❤️
Nəcibə
08.12.2023 в 12:49
Oxumaqdan yorulmadıgım, təkrar təkrar oxuya biləcəyim nadir əsərlərdən biridir. Əgər oxumamısınızsa mütləq oxumağınızı tövsiyə edirəm.
Lamiyə
15.11.2023 в 14:37
Uzun zamandır oxumaq istədiyim əsər idi.Çox maraqlıdır.Həmçinin çatdırılma çox tez oldu.Çox bəyəndim
Nüşabə Kamranlı
01.11.2023 в 17:18
Çoxdan idi Əli və Nino romanını oxumaq istəyirdim. Qismət bu günə imiş. Bu gecə başlamışam oxumağa. Kaş ki, çoxdan oxuyardım.
Nahidə
22.10.2023 в 22:14
İllər keçsə də hər zaman oxunulacaq əsərlərdəndir.
Əsmər
30.05.2023 в 16:35
Mənim ən sevimli əsərimdir Əli və Nino.Yeni cildini də çox sevdim.Ona görə rəfiqəmə hədiyyə etdim.Cox fərqli hədiyyəlik bağladığınıza görə təşəkkür edirəm.
musaver
02.04.2023 в 10:03
Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.
Leyla
28.03.2023 в 14:41
Təkrar-təkrar oxuduğum,sevimli əsərimin yeni cilddə çap olması məni çox sevindirdi.Oxuyub qutardıqdan sonra kitabxanamın ən gözəl yerində yer alacaqdır.📕📖❤
Çiçək
26.03.2023 в 21:01
Mənim ənnn sevimli,favori əsərimdir.Səbrsizliklə yeni cildi gözləyirəm..🤩😍